Redaktor
“PAŞA Bank”ın biznes kreditləri yenə bahalaşdı
“PAŞA Bank” biznes kreditlərini bahalaşdırmaqda davam edir.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “PAŞA Bank” onlayn biznes kreditləri üzrə minimal faizləri 12%-dən 13%-ə yüksəldib. Başqa sözlə, kredit faizləri 1% bəndi artırılıb. Bank bundan əvvəl isə kredit faizlərini 10%-dən 12%-ə yüksəltmişdi. Komissiya xərcini isə 0,75%-dən 1%-dək artırmışdı. Başqa sözlə, son bir neçə ayda bank onlayn biznes kreditlərini 3,25 faiz bəndi və ya 30,2% bahalaşdırıb.
Maraqlıdır ki, Mərkəzi Bank iyul ayında uçot dərəcəsini azaltsa da, bank faizləri artırmaqda davam edib.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,5 milyon manatdır.
Nara