Redaktor
Pakistan vətəndaşları Azərbaycanda üç yeni şirkət yaradıb
2025-ci il 30 may tarixində Azərbaycanda xarici kapitallı bir sıra yeni şirkətlər dövlət qeydiyyatına alınıb. Onların arasında Pakistan İslam Respublikası vətəndaşlarının təsis etdiyi məhdud məsuliyyətli cəmiyyətlər xüsusi yer tutur.
Qeydiyyata alınan şirkətlərdən biri - "Take Off Turnkey Travels" MMC - 50 min manat nizamnamə kapitalı ilə Bakı şəhərinin Nəsimi rayonunda fəaliyyət göstərəcək. Şirkətin qanuni təmsilçisi Pakistan vətəndaşı Niaz Mudassar Ahmad-dır və fəaliyyət istiqamətinin turizm və səyahət xidmətləri üzərində qurulacağı ehtimal olunur.
İkinci şirkət - "Bin Hashim Group" MMC - Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsi 98B ünvanında qeydiyyata alınıb. 50 min manat kapitala malik olan müəssisənin qanuni təmsilçisi Pakistan vətəndaşı Raza Ahmad Ahmad Luqman-dır.
Üçüncü yeni müəssisə - "Laraib" MMC - Nəsimi rayonunda, Nizami küçəsi 203 ünvanında fəaliyyət göstərəcək. Qanuni təmsilçisi Pakistan vətəndaşı Qasim Abdul Wahid olan şirkət də 50 min manat kapitala sahibdir.
Hər üç şirkətin maliyyə ili 1 yanvar - 31 dekabr tarixlərini əhatə edir.
Mayya Hüseynova