Redaktor
Növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq
Növbəti tədris ilindən başlayaraq "Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt" mövzusunda kursların təşkili nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, il boyu davam edəcək kurslar bütün tibb ixtisas daşıyıcılarını əhatə edəcək:
"Rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin də göstərişi ilə aidiyyəti sahədə kadr hazırlığı daim diqqət mərkəzindədir. Rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026