Nazirlikdən bələdiyyələrin əmlakı barədə vacib AÇIQLAMA

Redaktor

09.05.2025 18:14
236

Nazirlikdən bələdiyyələrin əmlakı barədə vacib AÇIQLAMA

Azərbaycanda bələdiyyələrə məxsus əmlakın qiymətləndirilməsi prosesi uzun müddətdir ictimai və ekspert dairələrinin diqqət mərkəzindədir. Son aylarda bu sahədə aparılan qiymətləndirmələrlə bağlı narazılıqlar səsləndirilib. Əsas tənqidlər qiymətləndirmənin real bazar dəyərini əks etdirmədiyi və hansı meyarlara əsaslandığının aydın olmadığı ilə bağlıdır.

Ən çox müzakirə doğuran məsələlərdən biri də bu qiymətləndirmələrin hansı şirkətlər tərəfindən və hansı əsaslarla aparılmasıdır. Bəzi hallarda bu işlərin tender keçirilmədən həyata keçirildiyi, yaxud da prosesdə iştirak edən şirkətlərin peşəkarlıq səviyyəsinin qeyri-müəyyən olduğu iddia olunur.

Şirkətlərin necə seçildiyi də məlum deyil.

Valyuta.az xəbər verir ki, "Modern.az" məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə dəyişiklik edilib.

Həmin dəyişikliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qiymətləndirməni aparan şirkətlərin dövlətə məxsus olması şərt deyil.

"Belə ki, qiymətləndirməni özəl şirkətlər də həyata keçirə bilər", - Nazirlikdən verilən açıqlamada deyilir.

Məlumatda qeyd olunub ki, qanunda dəyişiklik olunduğu üçün Qanunun tələbi barədə bələdiyyələrin məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...