Redaktor
Nadir idman avtomobili hərraca çıxarıldı
"Cars and Bids" hərracında nadir ABŞ istehsalı "Panoz" sportkarı satışa çıxarılıb
Oxu.Az xəbər verir ki, onlayn hərrac platforması olan "Cars and Bids" saytında nadir "Panoz AIV Roadster" modeli təqdim olunub. Bu sportkar yüksək performanslı "Ford Mustang SVT Cobra" mühərriki ilə təchiz edilib.
Hərracın başa çatmasına bir gün qalmış avtomobil üçün 24.2 min ABŞ dolları təklif edilib.
"Panoz" markası 1989-cu ildə təsis olunub və "AIV Roadster" onun azsaylı, lakin tanınmış modellərindən biridir. Bu model 1996-1999-cu illər arasında istehsal olunub və ümumilikdə cəmi 176 ədəd buraxılıb. "AIV Roadster" ABŞ-də genişmiqyaslı alüminium konstruksiyaya sahib olan ilk avtomobil hesab olunur.
Avtomobil 4.6 litrlik atmosfer mühərriklə təchiz olunub. Bu mühərrik 309 at gücü hasil edir və əlavə olaraq mexaniki kompressorla gücləndirilib.
Maşının çəkisi cəmi 1 166 kiloqramdır. Güc mexaniki 5 pilləli sürətlər qutusu vasitəsilə arxa oxa ötürülür. Sportkar 100 km/saat sürətə 4.5 saniyədən az müddətdə çatır, maksimal sürəti isə 225 km/saat təşkil edir.
1998-ci ildə istehsal olunan bu avtomobil bu günə qədər yalnız 26 min kilometr məsafə qət edib və tam işlək vəziyyətdədir.
©oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026