Redaktor
MİDA-da rəhbər vəzifəyə təyinat olub
Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, Şöhrət Süleymanlı Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
O, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.
Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Bununla yanaşı, o, 2023-cü ilin noyabr ayından Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat – iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRabitəbank 4 nominasiya üzrə "Bankçılıq mükafatları - 2025"in qalibi olub ®
02.04.2026Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə tarix açıqlandı
02.04.2026Gürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB
02.04.2026Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ
02.04.2026Problemli kreditlərin həcmi 82 milyon manat artıb
02.04.2026"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"
02.04.2026MİDA-da rəhbər vəzifəyə təyinat olub
02.04.2026Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər
02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı
02.04.2026“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər
02.04.2026Bank sektorunun xalis mənfəəti 6% artıb
02.04.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
02.04.2026İlham Əliyev Qırğızıstana səfər edəcək
02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?
02.04.2026"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
02.04.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib
02.04.2026"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026