Məzənnə dəyişiklikləri iqtisadiyyata necə təsir edir?

Redaktor

26.05.2026 09:00
348

Məzənnə dəyişiklikləri iqtisadiyyata necə təsir edir? - İqtisadçı

Valyuta bazarlarında baş verən dəyişikliklər iqtisadi gündəmin daim diqqət mərkəzində olan mövzularından biridir. Milli valyutanın xarici valyutalara nisbətdə mövqeyi ölkənin həm daxili iqtisadi tarazlığına, həm də beynəlxalq iqtisadi əlaqələrinə birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Bu səbəbdən, məzənnədə baş verən hər bir dəyişiklik yalnız maliyyə göstəricisi kimi deyil, daha geniş iqtisadi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.

Bu kontekstdə belə bir sual aktuallaşır: məzənnə dəyişiklikləri iqtisadiyyata necə təsir edir?

İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, məzənnə dəyişikliyi milli valyutanın xarici valyutalar qarşısında möhkəmlənməsi və ya dəyər itirməsi ilə xarakterizə olunur:

“Azərbaycanda məzənnə əsasən sabit saxlanıldığı üçün devalvasiya riski revalvasiya ehtimalından daha yüksək qiymətləndirilir. Milli valyutanın dəyər itirməsi, xüsusilə idxaldan asılı olan ölkələrdə mal və xidmətlərin, kənd təsərrüfatı məhsullarının, həmçinin emal sənayesində qiymət artımına səbəb ola bilər. Eyni zamanda Azərbaycan neft məhsulları və enerji sektoru üzrə ixracatçı ölkədir. Milli valyutanın dəyər itirməsi dövlət büdcəsinin gəlirlərinə də təsir göstərir. Digər tərəfdən, xarici valyutaların bahalaşması xarici ölkə vətəndaşları üçün Azərbaycanda mal və xidmətləri daha əlçatan edir”.

İqtisadçı qeyd edib ki, məzənnə dəyişiklikləri dövlət borcunun artmasına da təsir edə bilər. Bundan əlavə, vətəndaşların bank və bank olmayan kredit təşkilatlarından xarici valyuta ilə götürdükləri kreditlər üzrə öhdəlikləri də artır. Ümumilikdə, iqtisadiyyatda devalvasiya riski və ya belə bir təhlükə yaranarsa, dəyişən məzənnə rejiminə keçid imkanları nəzərdən keçirilə bilər: "Paralel olaraq əməkhaqları və digər gəlirlər mütəmadi şəkildə artırılmalı, yüksək inflyasiyanın qarşısını almaq üçün iqtisadi aktivlik gücləndirilməlidir. Alternativ variantlardan biri də kifayət qədər xarici valyuta ehtiyatlarının formalaşdırılması və real təhlükə yarandığı halda onların dövriyyəyə buraxılmasıdır. Bu proses vətəndaşların gündəlik həyatına ciddi təsir göstərməməlidir”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...