Redaktor
"Meta" rəhbəri bu mühəndisi 1,5 milyard dollarlıq təkliflə işə cəlb edə bilməyib
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq süni intellekt sahəsində tanınmış mühəndis Andrew Talloçu və onun komandası üzvlərini şirkətə cəlb etməyə çalışıb.
Valyuta.az "The Wall Street Journal istinadən xəbər verir ki, Zukerberq bu məqsədlə altı illik müddət üçün ümumi dəyəri 1,5 milyard dollara qədər çatan əmək haqqı paketi təklif edib.
Paketə maaş, bonuslar və səhmlər daxil olub. Lakin Talloç və onun komandası bu təklifdən imtina edib və heç biri "Meta"ya qoşulmayıb.
Andrew Talloç daha əvvəl "Meta"da mühəndis kimi çalışıb, sonra "OpenAI" şirkətində GPT-4 layihəsi üzərində işləmişdir. Hazırda isə keçmiş "OpenAI" texniki direktoru Mira Muratinin ilə birlikdə həmtəsisçisi olduğu "Thinking Machines Lab" startapında fəaliyyət göstərir. Şirkət süni intellekt sahəsində fəaliyyət göstərir və təxminən 12 milyard dollar dəyərində qiymətləndirilir.
Məlumata görə, Zukerberqin bu cəhdləri "Meta" daxilində süni intellekt üzrə yaradılan yeni "Superintelligence Labs" bölməsi üçün nəzərdə tutulub.
Mayya Hüseynova