Redaktor
Məşhur milyarderlər "zirvədə olmaq" hissinin pis tərəfini açıqladı
Çox insan zəngin olmağı arzulayır. Bir çoxu böyük bir biznes imperiyasının başında olmaq, minlərlə işçini idarə etmək, yeni məhsullar və texnologiyalar yaratmağı arzulayır. Lakin insanlar belə bir həyatın "tünd" tərəfini çox vaxt düzgün qiymətləndirmirlər.
Valyuta.az xəbər verir ki, bunu "Fortune" jurnalı yazıb.
Nəşr qeyd edir ki, əksər biznes liderləri kəskin təklik hissindən əziyyət çəkir. Sorğulara görə, rəhbərlərin 40–70%-i daim yorğunluq və təklik səbəbindən mövcud işdən ayrılmağı düşünür.
"Insomnia Cookies" şirniyyat şirkətinin təsisçisi və baş direktoru Set Berkovitz gənc sahibkarlara xəbərdarlıq edir ki, böyük biznes hər kəs üçün deyil: "Bu tənhalığa səbəb ola bilər. Bu həyat tənha bir həyatdır. Həqiqətən belədir".
"Airbnb" şirkətinin həmtəsisçisi və baş direktoru Brian Çeski də təklikdən şikayətlənir: "Baş direktor olduqdan sonra işi zirvədən, dağın ən yüksək nöqtəsindən idarə etməyə başladım. Amma zirvəyə qalxdıqca, ətrafımda az insan oldu. Heç kim mənə nə qədər tənhalığın olacağını deməyib və mən buna hazır deyildim".
"PepsiCo" şirkətinin keçmiş baş direktoru İndra Nooyi izah edib ki, ailənin olması təklik hissini həll etməkdə çox kömək etmir, çünki hətta yaxınlarla belə iş barədə açıq danışmaq mümkün deyil: "Yoldaşınızla daim danışa bilməzsiniz. Dostlarla danışa bilməzsiniz, çünki bu şirkətə aid gizli məlumatlardır. Direktorlar Şurası ilə danışa bilməzsiniz, çünki onlar sizin rəhbərlərinizdir. Sizin üçün çalışan insanlarla danışa bilməzsiniz, çünki onlar sizə işləyir".
"Fortune" jurnalı oxşar sitatları "Apple" şirkətinin baş direktoru Tim Kukdan da gətirir. O, işini “tənha” adlandırıb, lakin “heç bir şəfqət axtarmadığını” da əlavə edib.
Paşa Məmmədli