Redaktor
Mərkəzi Bankın mənfəəti artıb, aktivləri isə 1,7 milyard manat azalıb
Mərkəzi Bankın 2025-ci il üzrə mənfəəti 724,3 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,8 milyon manat və ya 0,39% çoxdur.
Belə ki, Mərkəzi Bank 2024-cü ili 721,5 milyon manat mənfəətlə başa vurmuşdu.
2025-ci il üzrə qurumun cəmi aktivləri ötən illə müqayisədə 1 milyard 683,4 milyon manat və ya 4,6% azalaraq 34 milyard 836,5 milyon manata düşüb.
Aktivlərin azalmasına əsasən pul vəsaitləri və onların ekvivalentlərinin 4 milyard 631,3 milyon manat azalması təsir göstərib. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar da 1 milyard 28,3 milyon manat azalıb.
Bununla yanaşı, Mərkəzi Bankın borc qiymətli kağızlar portfeli 2 milyard 958,8 milyon manat artaraq 28 milyard 782,8 milyon manata yüksəlib.
Hesabat dövründə Mərkəzi Bankın cəmi öhdəlikləri də azalıb. Belə ki, öhdəliklərin həcmi illik müqayisədə 1 milyard 847,3 milyon manat və ya 5,35% azalaraq 32 milyard 675,6 milyon manat təşkil edib.
Öhdəliklərin azalmasına ən böyük təsir hökumət idarələri qarşısında öhdəliklərin 4 milyard 565,1 milyon manat azalması göstərib. Bundan əlavə, kredit təşkilatları qarşısında öhdəliklər də 1 milyard 98,1 milyon manat azalıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026