Redaktor
“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
“Meqa Sığorta” ASC-nin cari ilin ilk 4 ayında sığorta haqları üzrə yığımları azalsa da, ödənişlərin artması fonunda zərərlilik göstəricisi yüksəlib.
Valyuta.az xəbər verir ki, sığorta şirkətinin 2026-cı ilin yanvar-aprel aylarında topladığı sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 785 min manat və ya 7,73% azalaraq 9 milyon 373 min manat təşkil edib. Şirkət 2025-ci ilin ilk 4 ayında 10 milyon 158 min manat sığorta haqqı toplayıb.
Hesabat dövründə sığorta ödənişlərində isə artım qeydə alınıb. Belə ki, “Meqa Sığorta” ötən ilin yanvar-aprel aylarında 5 milyon 64 min manat ödəniş etdiyi halda, bu göstərici cari ilin eyni dövründə 663 min manat və ya 13,09% artaraq 5 milyon 727 min manata yüksəlib.
Nəticədə şirkətin zərərlilik göstəricisi də artıb. Hesablamalara əsasən, “Meqa Sığorta” cari ilin ilk 4 ayında topladığı hər 100 manat sığorta haqqının 61,10 manatını ödənişlərə yönəldib. Ötən ilin eyni dövründə isə bu göstərici 49,85 manat təşkil edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026