Maaşınız ən azı bu qədər olmalıdır

Redaktor

17.02.2025 13:37
2,542

Maaşınız ən azı bu qədər olmalıdır

2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.

Qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir. 

Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır?

Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz. 

Məsələn, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında” Qərarına əsasən, mühasibin əməyinin ödənilmə dərəcəsi 5-11-ci dərəcələr aralığında müəyyən olunub. Vahid Tarif Cədvəlinə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı 470-600 manat aralığındadır. Həmçinin psixoloq, hüquq məsləhətçisi, redaktor, tərcüməçi üzrə bu göstərici 490-600 manatdır.

Digər vəzifələr üçün isə minimum göstərici aşağıdakılardır:

- Əczaçı 490-550 manat

- Səs rejissoru, rejissor 550-600 manat

- Kassir 450-490 manat

- Mühəndis 490-600 manat

- İqtisadçı 490-600 manat 

- Konstruktor 490-650 manat

- Bütün janrlardan olan artistlər 450-700 manat

- Memar 490-650 manat 

- Katibə 433 manat

- İnkassator 450-470 manat

- Tibb bacısı 470-575 manat

- Müxtəlif ixtisaslı həkimlər 550-700 manat

- Baytar həkim 550-675 manat

Reallığa gəlincə, bu ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda çalışanların çox hissəsi (kiçik fərqlə) özəl sektorda çalışır. Son statistikaya görə, elə dövlət və özəl sektorda olan orta aylıq əməkhaqları arasındakı fərqi də ikincinin xeyrinədir. Lakin emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti,  daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi kimi sahələrdə özəl sektor dövlət sektorundan geridə qalır.  

©qafqazinfo.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...