“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar - SƏHƏR OXUSU

Redaktor

06.08.2025 08:30
363

“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar - SƏHƏR OXUSU

İş görüşməsi nə qədər yaxşı keçsə də, sizi çaşdıra biləcək suallar hər zaman olacaq. “Orta hesabla nə qədər maaş gözləyirsiniz?” tipli sual kifayət qədər aydın görünsə də, cavabı çox mürəkkəb ola bilər. Unutmayın, bu suala cavab verərkən məqsədiniz hər zaman yüksək olmalıdır. Bəs əgər orta maaşdan daha yüksək bir məbləğ gözlədiyinizi desəniz? Digər tərəfdən, çox aşağı bir məbləğ desəniz, bu sizi gələcəkdə narazı sala və xoşbəxt etməyə bilər. Daha da pisi, müraciət etdiyiniz və hələ işləmədiyiniz bir vəzifə üçün nə qədər maaş istəməli olduğunuzu dəqiq bilməyə bilərsiniz. Bu sual üçün “tam doğru” bir cavab yoxdur, lakin ən uyğun cavabı necə vermək olar? 

Valyuta.az bu suala verə biləcəyiniz bir neçə alternativ cavabı təqdim edir:

Elektron ərizə formalarında bu sualdan yayınmaq daha çətindir. Bu sualı boş buraxıb növbəti səhifəyə keçmək istəyə bilərsiniz, amma boş sahəni doldurmadan sistem növbəti səhifəni açmır. Belə hallarda konkret rəqəm vermək vacib olur.

Müsahibə zamanı necə cavab vermək olar?

Əgər canlı iş görüşməsindəsinizsə və bu sual sizə verilsə, aşağıdakı kimi  açıq cavablar verməyə cəhd edə bilərsiniz:

•    Maaş gözləntim təcrübəm və bacarıqlarımla əlaqəlidir
•    Əgər burada işləmək hər iki tərəf üçün faydalı olacaqsa, maaş məsələsində anlaşacağımıza inanıram

Lakin müsahibəni aparan şəxs sizdən əslində dəqiq bir məbləğ eşitmək istəyir. Bu səbəbdən də, əvvəlcədən ağlınızda orta bir maaş məbləği müəyyənləşdirməyiniz çox vacibdir.

Əgər bu suala hazır deyilsinizsə...

Hazırlıqsız yaxalanmısınızsa və dəqiq bir məbləğ demək çətindirsə, ola bilsin ki, bazardan bir qədər aşağı bir rəqəm demək daha təhlükəsizdir, lakin bu da risklidir. Hər zaman özünüzü dəyərli göstərmək üçün düzgün araşdırma aparmaq daha doğrudur.
Əvvəlki iş yerinizdəki maaşınız və yeni gözləntiniz

Bəzi ölkələrdə işəgötürənin sizdən əvvəlki maaşınızı soruşması qanunla qadağandır, lakin bir çox yerdə bu hələ də soruşulur.
Əgər əvvəlki iş yeriniz bazar standartlarına uyğun maaş verirdisə, yeni potensial iş yerinizə bunu bildirə bilərsiniz. Əgər fərqli bir sahəyə və ya vəzifəyə müraciət edirsinizsə, əlavə araşdırma aparmaq vacibdir.

Maaş araşdırması necə aparılır?

Bir çox tanınmış saytlar müxtəlif vəzifələr üzrə orta maaşları təqdim edir. Araşdırarkən sadəcə sahəni yox, konkret vəzifə adlarını yazaraq fərqli maaş aralıqlarını müqayisə edə bilərsiniz. Lakin unutmayın, vəzifə adları və tərifləri şirkətdən şirkətə fərqlənə bilər. Ən yaxşısı, iş təsvirinə baxaraq uyğunluq yaratmaqdır. Və çox vacib detal isə maaşların şəhərdən şəhərə dəyişməsidir. Məsələn, bir kompüter mühəndisi Bakıda alacağı maaşla, Qusarda və ya Tovuzda eyni maaşı almayacaq.

Nə çox yüksək, nə çox aşağı

Yüksək maaş gözləntisi ilə işəgötürəni qorxutmayın. Amma çox aşağı deyərək öz dəyərinizi də ucuzlaşdırmayın. Əgər maaş sizin üçün uyğun deyilsə, bəlkə də o iş sizin üçün deyil.

“Maaş gözləntiniz nədir?” sualına nümunə cavablar:

•    “Bakı şəhərində bu vəzifə üçün orta hesabla X AZN ilə Z AZN arasında maaş verildiyini görürəm. Mənim də təcrübəmlə uyğun olaraq gözləntim Y – Z AZN arasındadır”.
•    “Təcrübəmi nəzərə alaraq uyğun bir maaş almağı arzu edirəm".
•    “Araşdırmalarıma əsasən bu vəzifə üçün başlanğıc olaraq X – Z AZN arası bir maaş mənim üçün uyğundur”.
•    “Maaş məsələsində elastikəm, lakin sahədə kifayət qədər təcrübəm olduğunu nəzərə alsaq, X – Z AZN aralığında bir maaş gözləyirəm”.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...