"Labubu" tarixə qovuşur?

Redaktor

05.08.2025 11:03
464

"Labubu" tarixə qovuşur?

Çin istehsalı olan “Labubu” adlı kolleksiya kuklalarını xatırlayırsınız. Sosial şəbəkələrdə dovşanqulaq, geniş təbəssümlü fiqurların açılış videoları ard-arda paylaşılırdı. “Pop Mart” şirkətinin satışları bir neçə dəqiqəyə tükənir, nadir nüsxələr onlayn satış platformalarında minlərlə dollara təklif olunurdu. Şirkətin ilkin səhmlərinin yerləşdirilməsi 1,8 milyard ABŞ dolları həddinə çatmış, “The Monsters” brendi üzrə 2024-cü ilin ortalarına qədər gəliri 6,3 milyard yuan (təxminən 870 milyon dollar) təşkil etmişdi.

Lakin son günlərdə Şanxaydan Britaniyanın Blekpul şəhərinə qədər bir çox ölkədə keçirilən reydlər zamanı saxta "Labubu" fiqurlarının müsadirə olunur və bu, brend üçün dönüş nöqtəsi kimi qiymətləndirilir. 

Valyuta.az xəbər verir ki, brendin orijinallığı ilə bağlı şübhələr ön plana keçdikcə, bu fenomenin populyarlığı təhlükə altına düşür.

350 faiz artan gəlirlə “Labubu” çılğınlığı

2025-ci ilin iyulunda Pekindəki “Pop Land” əyləncə parkında nümayiş etdirilən Labubu kuklaları şirkətə 350 faizlik mənfəət artımı qazandırdı. “Labubu” bəzi ölkələrdə uzun növbələrə və hətta qarşıdurmalara səbəb oldu. Saxta məhsulların qara bazarda yayılması isə bu çılğınlığın digər tərəfini nümayiş etdirir.
Hongkonglu rəssam Kasing Lanq tərəfindən 2015-ci ildə yaradılan "Labubu" personajı ilk dəfə 2019-cu ildə "Pop Mart" tərəfindən rəsmi şəkildə satışa çıxarılıb. Məşhur müğənnilər - Rihanna, Dua Lipa və “Blackpink” qrupunun üzvü Liza bu kuklaları sosial şəbəkələrdə paylaşaraq onların qlobal status qazanmasına səbəb oldular.

Saxtakarlıq etimad itkisini yarada bilər

Bu yay Şanxay polisi 5 minə yaxın saxta "Labubu" fiqurunun satışını həyata keçirən cinayətkar şəbəkəni ifşa edib. Saxta fiqurlar orijinal dizayna əsasən hazırlanıb və 60–70 faiz aşağı qiymətə satılıb. Ümumilikdə şəbəkə 12 milyon yuan (təxminən 1,67 milyon dollar) gəlir əldə edib. Həmçinin Çin gömrük orqanları digər şəhərlərdə də on minlərlə saxta fiquru  sosial mediada “Lafufu” adlandırılan məhsulları ələ keçirib. Qeyd olunur ki, bu hadisələr təkcə saxta məhsulların yayılması ilə bağlı deyil, həm də kolleksiyaçılar arasında inamın sarsılması ilə nəticələnib. “Pop Mart” orijinallığı qorumaq üçün müxtəlif tədbirlər - ticarət nişanlarının qeydiyyatı, orijinallıq bələdçiləri, QR kod sistemləri tətbiq etsə də, artıq bu uğursuzluq brendə zərbə vurub.

Düşünülür ki, “Pop Mart” ilkin dövrdə öz izləyicilərini sadəcə gəlir mənbəyi deyil, brendin təbliğatçıları kimi dəyərləndirsəydi, fərqli bir tarix yaza bilərdi. Məsələn, eksklüziv dərəcələr, erkən çıxış imkanı, fiqurların əfsanəsinə uyğun seriyalar və ya azarkeşlərin iştirakı ilə dizayn müsabiqələri təşkil olunardı. Lakin bunun əvəzinə məhdudluq və nəzarətli satışlar prioritet götürüldü. Bütün bunlara baxmayaraq, brend hələ də yüksək seqmentdə öz çəkisini saxlayır. Luvr muzeyində eksklüziv seriyalar, “Keith Haring”, “One Piece” və “Coca Cola” ilə əməkdaşlıqlar bu uğurun nümunəsidir. Pekində 4 fut (təxminən 120 sm) ölçülü mint-yaşıl "Labubu" 170 min dollara satılıb. Lakin əsas kütləyə yönəlməyən hekayələr nəticədə yalnız elita tərəfindən dəstəklənir və pərəstişkarlar arasında parçalanma yaranır.

“Reddit” və “TikTok” platformalarında "Labubu"nun ikinci bazar qiymətləri 50 faizədək azalıb, çoxları bu trendin artıq zirvəni keçdiyini düşünür.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI

08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?

08.12.2025

8 minə yaxın müəllim işdən çıxarılıb

08.12.2025

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

08.12.2025

Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®

08.12.2025

Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO

08.12.2025

Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?

08.12.2025

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

08.12.2025

BDU-da 1 milyona nə işlər görüləcək?

08.12.2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

08.12.2025

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

Məzənnə

Yüklənir...