Redaktor
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
Bakı metropolitenində bank kartları ilə edilən ödənişlər zamanı müxtəlif banklar tərəfindən keşbek kampaniyaları təklif olunur.
Valyuta.az xəbər verir ki, "ABB", "Leobank" və "Kapital Bank" tərəfindən təqdim edilən bu kampaniyalar müştərilərə müəyyən şərtlərlə ödənişlərinin bir hissəsini geri alma imkanı verir.
"ABB-nin Tam DigiCard istifadəçiləri üçün Apple Pay və ya Google Pay vasitəsilə metroda ödənişdə hər beşinci əməliyyatda 100 faiz keşbek əldə edirlər. Beləliklə, 5-ci, 10-cu, 15-ci və bu ardıcıllıqla davam edən əməliyyatlarda 0.60 manat tam şəkildə geri qaytarılır.
Kampaniya yalnız mobil ödənişlər üçün keçərlidir və hər müştəri maksimum altı dəfə keşbek qazana bilər. Keşbekin hesablanması üçün balansda kifayət qədər vəsait olmalı və əməliyyat uğurla tamamlanmalıdır. Qeyd edək ki, kanpaniya 12 dekabr tarixinə qədər davam edəcək.
"ABB"də həmçinin “Faydalı” keşbek paketi mövcuddur. Bu paket çərçivəsində QR kod vasitəsilə edilən ödənişlərə 2 faiz keşbek hesablanır. Bu imkan “Bayram”, “Macərapərəst”, “Romantik”, “Ailə başçısı” və “Kapitalist” kateqoriyalarına şamil edilir və maksimal keşbek məbləği 30 manatdır.
Leobank müştəriləri metro ödənişlərini Apple Pay və ya Google Pay ilə etdikdə ilk ödəniş üzrə 30 faiz, növbəti səfərlərdə isə 20 faiz keşbek əldə edirlər. Bu mexanizm kampaniya deyil, bankın təqdim etdiyi daimi keşbek proqramı çərçivəsində fəaliyyət göstərir.
Kapital Bank müştəriləri isə QR kod vasitəsilə həyata keçirdikləri ödənişlərə görə 3 faiz keşbek əldə edə bilirlər. Bu imkan daimi əsaslarla təqdim olunur və müştərilərə gündəlik ödənişlərdə qənaət imkanı yaradır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025