Redaktor
Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...
"Hazırkı zəif Avropa ABŞ üçün ciddi iqtisadi təhlükə yaradır".
Valyuta.az xəbər verir ki, bunu ABŞ-ın ən böyük bankının - "JPMorgan Chase" şirkətinin rəhbəri Ceymi Daymon Reagan National Defense Forum tədbirində çıxışı zamanı deyib.
“Avropanın real problemi var. Onlar biznesi, investisiyaları və innovasiyaları kənarlaşdırıblar. Bu isə artıq bumeranq kimi geri qayıdır”, deyə Daymon qeyd edib.
Onun fikrincə, sosial təminat və avronun tətbiqi kimi uğurlu islahatlara baxmayaraq, hazırda Avropa İttifaqı zəifdir. Çünki Aİ həddindən artıq bürokratlaşdırılıb və daimi siyasi çətinliklər inkişafı ləngidir.
Eyni zamanda, o vurğulayıb ki, gücləndirilməsi vacib olan məhz Avropa İttifaqıdır. Daymon uzun müddətdir ki, parçalanmış Avropanın dünyanın üzləşdiyi əsas çağırışlardan biri olduğunu bildirir.
“Əgər Avropa dağılarsa "Öncə Amerika" artıq mümkün olmayacaq. Bu, bizə başqalarından daha sərt təsir edəcək - onlar bütün parametrlər üzrə, o cümlədən həqiqətən vacib olan ortaq dəyərlər baxımından bizim əsas müttəfiqimizdir”, deyə o izah edib.
Daymon Tramp administrasiyasını bürokratiyanı azaltmağa görə tərifləyib: “Onlar Amerikanı ləngidən tənzimləmələrin üzərinə baltayla gedirlər. Bu, yaxşıdır və biz bunu təhlükəsizliyi qurban vermədən edə bilərik”.
O həmçinin hesab edir ki, ABŞ Avropanın daha güclü olmasına kömək etməlidir. Bunun üçün isə onun fikrincə, uzunmüddətli strategiya hazırlanmalıdır.
Nəşr əlavə edir ki, "JPMorgan" gələn 10 il ərzində ABŞ-ın iqtisadi təhlükəsizliyini gücləndirən sahələrə - müdafiə, enerji müstəqilliyi, qabaqcıl texnologiyalar və tədarük zəncirlərinə 1,5 trln dollara qədər investisiya ayıracağını elan edib. Bank strateji şirkətləri dəstəkləmək üçün əlavə olaraq 10 mlrd dollara qədər öz kapitalından istifadə edəcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025