Redaktor
Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR
7 yanvar 2026-cı il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçiriləcək. Tədbirdə fərdi yaşayış, sahibkarlıq və kənd təsərrüfatı məqsədilə nəzərdə tutulan torpaq sahələri satışa və icarəyə çıxarılacaq.
Torpaq sahələri müxtəlif rayon və şəhərlərdə yerləşən yerli icra hakimiyyəti və bələdiyyələrin balansında olan əraziləri əhatə edir.
Valyuta.az xəbər verir ki, ümumilikdə 47 yerli strukturun təqdim etdiyi 80-ə yaxın torpaq sahəsi üzrə hərrac və müsabiqələr keçiriləcək.
Satışa təqdim edilən ərazilər arasında Abşeron rayonunun Qobu, Xırdalan və Fatmayı bələdiyyələrinə məxsus yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələri də yer alır. Burada torpaqların sahəsi 100-800 kv.m arası dəyişir, ilkin satış qiymətləri isə 5 300 – 8 800 manat arasında dəyişir.
Salyan rayonunun Şorsulu və Arbatan kəndlərində sahibkarlıq və kənd təsərrüfatı üçün torpaq sahələri təqdim olunur. Məsələn, Şorsulu kəndində yerləşən 400 kv.m torpaq sahəsi 12 000 manat start qiyməti ilə satışa çıxarılıb.
İcarəyə təqdim olunan torpaqlar əsasən kənd təsərrüfatı məqsədilə nəzərdə tutulub. Sabirabad, Neftçala, Saatlı, Şəmkir, Qax, Şəki, Zaqatala və digər rayonlarda sahəsi 1 hektardan 108 hektaradək olan ərazilər 15 il müddətinə icarəyə veriləcək.
Nümunə olaraq, Sabirabad rayonunun Qaralı kəndində yerləşən 108,5 hektar sahə 10 850 manat start qiyməti ilə, Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən 1,7 hektarlıq sahə isə 272 manat start qiyməti ilə hərraca çıxarılıb.
Ən yüksək satış qiyməti ilə təqdim olunan torpaq sahələrindən biri Zaqatala rayonunun Mosul kəndində yerləşən və cüdo idman zalının tikintisi üçün nəzərdə tutulan 600 kv.m ərazidir. Bu sahə 9 000 manat start qiyməti ilə təqdim olunur.
Qeyd edək ki, iştirakçılar torpaq sahələrinin yerləşdiyi ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin yerli şöbələrində təqdim edilən layihə və şərtlərlə 6 yanvar 2026-cı il tarixinədək tanış ola bilərlər.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025