Redaktor
Kriptovalyuta bazarında qırmızı gün: “Bitcoin” 67 min dollara düşdü
Kriptovalyuta bazarında eniş tendensiyası davam edir.
Valyuta.az xəbər verir ki, dünyanın aparıcı kriptovalyutası olan “Bitcoin” son 24 saatda 4,07% ucuzlaşaraq 67 179,95 dollar səviyyəsinə enib.
“Ethereum” da mənfi dinamika nümayiş etdirərək 5,30% dəyər itirib və 1 874,05 dollara düşüb.
“Tether” sabitliyini qorusa da, cüzi eniş qeydə alınıb. Kriptovalyuta son 24 saatda 0,01% azalaraq 0,9986 dollar olub.
“XRP” də mənfi zonada qalıb. Kriptovalyutanın qiyməti son bir gündə 2,05% azalaraq 1,24 dollara geriləyib.
“Solana” gün ərzində 5,55% ucuzlaşaraq 75,02 dollar səviyyəsində qərarlaşıb.
“Dogecoin” də bazardakı ümumi tendensiyadan kənarda qalmayıb. Kriptovalyuta son 24 saatda 5,89% dəyər itirərək 0,0941 dollara enib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026