İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - <span style="color:#008000">SİYAHI</span>

Redaktor

31.07.2025 13:00
463

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

2025-ci ilin yanvar-iyun ayları üzrə ixracdan ən çox gəlir əldə edən Azərbaycan şirkətlərinin adları məlum olub.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul buraxılışında bildirilir.

Məlumata görə, hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: 

"MKT İstehsalat Kommersiya" MMC - 62,3 milyon ABŞ dolları

 "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi - 46,4 milyon ABŞ dolları

 "Baku Steel Company" QSC - 28,9 milyon ABŞ dolları

"Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti - 28,5 milyon ABŞ dolları

"P-AQRO" MMC -  21,1 milyon ABŞ dolları

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC - 20,8 milyon ABŞ dolları

 "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti - 19,7 milyon ABŞ dolları

"Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti - 19,4 milyon ABŞ dolları

"UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti - 18 milyon ABŞ dolları

 "Green Tech" MMC - 16 milyon ABŞ dolları

Dövlət şirkətləri arasında qeyri-neft sektoru üzrə ixracatda lider mövqedə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yer alır. İdarə 211,6 milyon ABŞ dolları ixrac gəliri ilə siyahının ilk pilləsində qərarlaşıb.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: 

“SOCAR Polymer” MMC - 129 milyon ABŞ dolları

“AzerGold” QSC - 100,3 milyon ABŞ dolları

“Azəralüminium” MMC - 67 milyon ABŞ dolları

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi - 34,5 milyon ABŞ dolları

 "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC - 19,4 milyon ABŞ dolları

"SOCAR-Dalğıc" MMC - 1,9 milyon ABŞ dolları

"Azərbaycan Dəmir Yolları" QSC -1,5 milyon ABŞ dolları

"İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti - 562,4 min ABŞ dolları

Naxçıvan MR Dövlət Energetika Xidməti - 423,1 min ABŞ dolları

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...