Redaktor
İtaliyanın məşhur moda evinin mənfəəti 22% azalıb
İtaliyanın məşhur dəb evi "Valentino" ötən il 22% əməliyyat mənfəəti itkisi ilə üzləşdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin cümə günü yaydığı məlumata görə, bu azalma lüks məhsullara olan qlobal tələbin, xüsusilə də Asiya bazarında zəifləməsi ilə əlaqələndirilir.
Avropanın aparıcı lüks markaları uzun müddətdir ki, Çindəki qeyri-müəyyən iqtisadi şərait fonunda satış artımını zəngin amerikalı istehlakçılar hesabına təmin etməyə çalışır. Lakin ABŞ prezidenti Donald Trampın rüsum siyasətindən sonra bu sektor son illərin ən uzun tənəzzül dövrünə hazırlaşır.
"Valentino" bildirib ki, 2024-cü ildə bir sıra birdəfəlik xərclər və özünə məxsus mağaza şəbəkəsinə investisiyalar nəticəsində şirkətin əməliyyat mənfəəti 246 milyon avroya (280 milyon dollar) düşüb. Bununla yanaşı, satış həcmi sabit məzənnə ilə hesablandıqda 2% azalaraq 1,31 milyard avro olub. Bu azalmaya baxmayaraq, Yaponiya, Yaxın Şərq və Amerika bazarlarında satışlar müsbət dinamika nümayiş etdirib.
Onlayn satışlar isə əvvəlki illə müqayisədə 5% artıb ki, bu da şirkətin elektron ticarət sahəsindəki inkişaf strategiyasına uyğun hesab olunur.
Şirkətin baş direktoru Yakopo Venturini bildirib: "Yaradıcı direktor vəzifəsinə Alessandro Mişelenin gəlişi ilə fəaliyyətimiz yeni bir mərhələyə qədəm qoyub."
"Valentino" 2023-cü ilin mart ayında kreativ direktor Pierpaolo Pikkolinin 25 ildən sonra vəzifədən ayrılmasından sonra, daha əvvəl "Gucci"də çalışmış Alessandro Mişeleni bu posta təyin edib.
Qeyd edək ki, 2023-cü ildə "Gucci" brendinin sahibi olan Fransanın "Kering" qrupu "Valentino"nun 30% payını satın alıb. Şirkətin 2028-ci ilə qədər bütün səhmləri almaq hüququ da mövcuddur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026