Redaktor
İşləyən şəxslərin günlük parklanma ödənişi ilə bağlı güzəşt nəzərdə tutulur? - RƏSMİ CAVAB
“Yol hərəkəti haqqında” qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Vətəndaşları maraqlandıran əsas məsələ isə bu parkinq yerlərinin yaxınlığında yaşayan sakinləri ilə yanaşı, bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin də ödəniş etməsidir. Belə ki, mövcud tarifləri nəzərə alsaq, Bakıda işləyən şəxsin günlük parkinq ödənişi 3-8 manat olur ki, bu da aylıq 50-160 manat parkinq xərci deməkdir.
İşçilər üçün hansısa güzəştlər tətbiq oluna bilərmi? Eyni zamanda, xarici vətəndaşlara görə hansısa istisnalar müəyyənləşə bilərmi?
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva bildirib ki, bu barədə xüsusi güzəştlər tətbiq olunmur:
“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
.Əliyeva qeyd edib ki, yeni parkanma sistemindən sonra yollardakı xaotik vəziyyətdə müsbət dəyişiklik müşahidə olunur:
“Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026