Redaktor
İsi Mustafayev: "Hazırda Nyu-York Fond Birjasına qoşulmaqla bağlı planımız yoxdur"
"PAŞA Kapital" investisiya şirkətində hələki IPO ilə bağlı müraciət edən hər hansı dövlət təşkilatı yoxdur.
Valyuta.az xəbər verir ki, bunu "PAŞA Kapital" investisiya şirkətinin 2025-ci il maliyyə nəticələrinə dair mətbuat konfransında şirkətin Baş icraçı direktoru İsi Mustafayev bildirib.
Bununla belə, şirkət potensial investorlarla görüşlər zamanı istiqraz buraxılışı və ya onların fəaliyyət profilinə uyğun IPO imkanları barədə təkliflərini təqdim edir.
"Son qərar isə müştərinin strategiyasından və marağından asılıdır", - deyə o vurğulayıb.
Baş icraçı direktor xarici bazarlara çıxış imkanlarına da toxunaraq bildirib ki, "PAŞA Kapital"ın hazırda Nyu-York Fond Birjasına qoşulmaqla bağlı planları yoxdur.
"Xarici bazarlarda həyata keçirdiyimiz bütün müştəri əməliyyatları mövcud tərəfdaşlarımız və kastodian banklarımız vasitəsilə icra olunur. Hazırda əməkdaşlıq etdiyimiz üç kastodian bank mövcud əməliyyat həcmlərimiz üçün kifayət edir. Gələcəkdə əməliyyatların həcmi artarsa və əlavə ehtiyac yaranarsa, digər tərəfdaşlarla əməkdaşlıq imkanlarını da nəzərdən keçirə bilərik", – deyə İ.Mustafayev əlavə edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026