İş axtaranların HR-ların nitqində bəyənmədiyi hallar
21.06.2025 12:45
429

İş axtaranların HR-ların nitqində bəyənmədiyi hallar

Zaur Cahangirov
         ÜTÜ QRUP-un rəhbəri, natiqlik təlimçisi

Bugünkü obrazımızın adı Kapitaldır. El arasında onu “İnsan Kapitalı” ləqəbi ilə tanyırlar. Kapital müsahibələrə gedir və fərqli “HR”ları dinləyir. Aramızda qalsın, amma onların nitqlərində bəyənmədiyi detalları gəlib mənimlə bölüşür. Mən də istəyirəm ki, onun dediklərini sizinlə paylaşım. Siz də yazımı “HR”lara göndərərsiniz və Corc Oruellin “1984” romanında yazdığı kimi deyərsiniz: “Böyük qardaş baxır”.

Problemlərdən biri “HR”ların Azərbaycan dilində yaxşı danışa bilməmələridir. Varvarizmlərə üstünlük verilir. “IIIII”, “mmmmm”, “şeyyyyy” tipli parazitlərdən istifadə edirlər. Hətta Kapital mənə dedi ki, elə “HR” var ki, 1 cümlədə 3 dildən istifadə edir. Kapitalı razı salmaq üçün mənim təklifim aktiv söz ehtiyatının artırılması oldu. Bunun üçün ən gözəl yol dinləmə üsuludur. Yutubda Raqif Raufoğlunun səsləndirdiyi audio kitabları asudə vaxtınızda dinləyə bilərsiniz.

Kapital əlavə etdi ki, bəzi “HR”lar robot kimi danışır. Şablon suallar, süni diksiya adamı yorur. Burada təklifimiz budur: “Kölgələmə üsulu”. Yaxşı danışan insanların cümlələrini təkrarlayaq və onlarda olan yaxşı tərəfləri mənimsəyək. Qeyd edim ki, bir nəfəri yox, bir neçə nəfəri eyni anda dinləmək daha müsbət nəticə verər.

İradlardan biri də dinləmə bacarığı ilə bağlı idi. Kapital bildirirdi ki, sözümü tez-tez kəsirdilər. Bununla bağlı maraqlı bir hekayə də var:

— Mənə natiqliyi neçəyə öyrədərsən?
— 2 qızıla.
— Amma sən dostuma 1 qızıl demişdin axı!
— Doğrudur. Çünki o susmağı bacarırdı, mən ona  sadəcə yaxşı danışmağı öyrətdim.
Sən isə dayanmırsan.Əvvəlcə sənə susmağı öyrətməliyəm...

Reallıq budur ki, qarşı tərəfi öyrənməyin ən gözəl yolu onu dinləməkdir.

Bunlar Kapitalın müsahibələrdə müşahidə etdiyi bəzi ünsiyyət problemləridir. Qeyd edim ki, Kapital deyingən olsa belə, üslubunu, nitqini bəyəndiyi “HR”lar haqqında da mənə danışıb. Ən çox yadımda qalan cümlələri isə bunlar idi: “Bəzi “HR”lar elə danışırdı ki, zövq alırdım. Mənə motivasiya olurdu. Neqativ cavab alanda belə səmimiliklərindən dərs götürürdüm. Səs tonlarından istifadə bacarıqları buna təsir edirdi.Üzümə səmimi formada gülən HR-lar stressimi azaldırdı”.

Kapital və Kapital kimi müsahiblərin əsas istəkləri bunlardır: “Gözəl danış və məni dinlə”. Bu ikisini bacarmağımız diləyiylə…

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...