Redaktor
"iPhone" prosessorlu "MacBook"un qiyməti açıqlandı
Telefon çipi "A18 Pro" ilə təchiz edilmiş büdcəli "MacBook" modelinin buraxılışı hazırlanır. Noutbuk 12,9 düymlük ekrana malik olacaq və başlanğıc qiyməti 600 dollar təşkil edəcək.
Valyuta.az xəbər verir ki, "MacRumors" bunu Asiyadan gələn yeni hesabata istinadən yazır.
"Apple"ın belə bir "MacBook" buraxmaq planları ilk dəfə iyun ayında məlum olmuşdu. Məlumata görə, istehsal 4-cü rübdə başlayacaq, satışa isə noutbuk 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində çıxacaq.
"iPhone 16 Pro"da quraşdırılan mobil çipset "A18 Pro"nun çoxnüvəli performansa görə hazırkı noutbuk çipi M4-dən geri qalmasına baxmayaraq, onun səviyyəsi hələ də M1 ilə müqayisə edilə bilər - hansı ki, 2025-ci ildə belə gözəçarpan problem olmadan istifadə edilir.
Həmçinin, yeni noutbuk gənc auditoriyanı cəlb etmək məqsədilə parlaq rəngli (göy, çəhrayı, sarı) korpusa malik ola bilər. Proqnozlara görə, "iPhone" prosesorlu büdcəli "MacBook"un 2026-cı ildə 5-7 milyon ədəd satılması gözlənilir.
Mənbə hesab edir ki, yenilik məhdud büdcəli istifadəçilərə yönəldiləcək, "iPad" və "Chromebook"ların üstünlük təşkil etdiyi təhsil sektoruna yox. Hal-hazırda ən büdcəli model 999 dollardan başlayan qiyməti ilə "MacBook Air"dir.
Bu arada "Apple" sentyabr təqdimatına hazırlaşır, burada bizi yeni "iPhone"lar, "Apple Watch", "AirPods Pro" və bəlkə də M5 çipli "iPad Pro" gözləyir.
Həmçinin, şayiələrə görə "Apple" özünün ilk qatlanan smartfonu və dərhal yeddi daşınabilən cihaz üzərində işləyir – birincisi bu payız artıq buraxılacaq.
Paşa Məmmədli