InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Redaktor

25.05.2026 15:00
141

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 18–22 may həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətini yenidən ABŞ–İran xəttində formalaşan razılaşma proqnozları, enerji qiymətlərinin dəyişkənliyi və faiz siyasəti ilə bağlı artan həssaslıq müəyyənləşdirdi. Həftənin əvvəlində İran münaqişəsinin uzanacağı narahatlığı ilə neft qiymətləri yüksəlsə də, həftənin sonuna doğru danışıqlarda irəliləyiş ehtimalı risk iştahasını gücləndirdi və bazarlarda ümumi tonun yumşalmasına səbəb oldu. Bu fon həm səhmlərdə, həm də valyuta və əmtəə bazarlarında kəskin reaksiyalar yaratdı.

Makroiqtisadi fon

Həftənin ən vacib makroiqtisadi xəbərləri arasında Böyük Britaniyada aprel ayı üzrə İstehlak Qiymətləri İndeksinin (CPI) illik ifadədə 3.3%-dən 2.8%-ə qədər enməsi, ABŞ-da 16 mayla başa çatan həftə üçün işsizlik müavinəti üzrə müraciətlərinin 209 minə enməsi və may ayı üzrə Biznes Aktivliyi İndeksi (PMI) nəticələrinin açıqlanması yer aldı. ABŞ-da “S&P Global” tərəfindən açıqlanan sənaye sektorunda PMI 54.5 bənddən 55.3 bəndədək yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatdı. Həmçinin Avrozonada illik inflyasiya 3%-ə qədər artdı. Bu rəqəmlər iqtisadi aktivliyin regionlar üzrə fərqli istiqamətdə hərəkət etdiyini göstərdi.

Avrozona

Avrozonada may ayı üzrə PMI göstəriciləri xüsusilə xidmət sektorunda zəifliyin dərinləşdiyini göstərdi; məlumatlara əsasən iqtisadi aktivlik iki ildən çox müddətdə ən sürətli templə daraldı, Almaniya və Fransa da ardıcıl zəif nəticələr verdi. Ekspertlərin fikrincə, enerji qiymətlərinin artması iqtisadi aktivliyə mənfi təsir göstərib, xidmət sektorunda isə həm yeni sifarişlərdə, həm də məşğulluqda zəifləmə müşahidə olunub. Bu isə Avropa iqtisadiyyatında zəifləmənin davam etdiyi ilə bağlı narahatlıqları artırır.

Böyük Britaniya

Britaniyada aprel ayında istehlak qiymətlərinin artım tempinin 2.8%-ə enməsi qısa müddətli rahatlama yaratsa da, bu eniş gələcək aylarda enerji və müharibə mənşəli xərc təzyiqlərini tam aradan qaldırmır. Eyni dövrdə əmək bazarında da soyuma əlamətləri görünürdü: işsizlik artdı, xidmət sektorunda xərc təzyiqləri yüksək qalır. Bu səbəbdən sterlinq üçün mənzərə bir tərəfdən aşağı inflyasiya, digər tərəfdən isə zəif artım və hələ də canlı qalan qiymət təzyiqi arasında balanssız vəziyyətdə qalıb.

ABŞ

ABŞ-da bir tərəfdən işsizlik müavinəti üçün müraciətlərin sayı 209 minə enməsi əmək bazarının hələ də dayanıqlı olduğunu göstərdi, digər tərəfdən isə may ayı üzrə sənaye sektorunda PMI göstəricisi güclü artım siqnalı verdi. Bununla yanaşı, 30 illik ABŞ istiqraz gəlirliliyinin 2007-ci ildən bəri ən yüksək səviyyələrə yaxınlaşması bazarda borclanma xərcləri ilə bağlı narahatlığın azalmadığını göstərdi. Nəticədə FED siyasəti ilə bağlı müzakirələr yenidən “inflyasiya güclənərsə, növbəti addım nə olacaq?” sualı ətrafında cəmləndi.

Enerji bazarı

Həftənin əsas hərəkətverici qüvvəsi yenə də Yaxın Şərq oldu. Həftənin əvvəlində neft qiymətləri gərginlik fonunda yüksəldi, lakin 20 maydan etibarən ABŞ prezidenti Donald Trampın İranla danışıqların son mərhələyə yaxınlaşdığı barədə açıqlamaları ilə qiymətlər kəskin gerilədi; 21 mayda “Brent” və “WTI” daha da zəiflədi, 25 mayda isə neft 22 aprel tarixindən bəri ən aşağı səviyyəyə endi. Bazar iştirakçıları həm mümkün razılaşmanın, həm də Hörmüz boğazı ilə bağlı logistika risklərinin nəticələrini yenidən qiymətləndirirdilər. Bu, enerji bazarının hələ də xəbərə son dərəcə həssas qaldığını göstərir.

Bu həftə bazar ertəsi günü Böyük Britaniyada Yaz Bank Tətili və ABŞ-da Anım Günü ilə əlaqədar həmin ölkələrdə birjalar ticarət üçün bağlı olacaq.

Həmçinin, cari həftə investorların diqqət mərkəzindəki əsas xəbərlər Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, eləcə də ABŞ-da açıqlanacaq “CB” İstehlakçıların İnam İndeksi, ÜDM və Şəxsi Xərcləri Qiymət İndeksi göstəriciləri olacaq.

Əlavə olaraq, bu həftə ərzində Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi, Yeni Zelandiya Ehtiyatlar Bankı (RBNZ) tərəfindən faiz qərarı, ABŞ-da Yeni Mənzil Satışlarının Həcmi, Almaniyada İşsizlik Səviyyəsi və Kanadada ÜDM göstəriciləri də dərc olunacaq.

Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına yönələcək.

EUR

Ötən həftəyə 1.16490 həddində başlayıb 1.16610 hədlərinə kimi bahalaşan EURUSD məzənnəsi həftə ərzində 1.15760 səviyyəsinə qədər kəskin ucuzlaşdı. Həftəni isə valyuta cütlüyü 1.16000 səviyyəsində tamamladı. Məzənnə yeni həftəyə bahalaşma ilə başladı. Yaxın Şərqdə gərginliyin azalması və risk iştahasının artması fonunda dollar üzərində formalaşan təzyiq EURUSD məzənnəsini dəstəkləyə bilər.

GBP

Keçən həftəni 1.33190 həddində başlayıb, 1.34620 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi həftənin sonuna doğru bir qədər ucuzlaşdı və həftəni 1.34290 səviyyələrində tamamladı.

Lakin, hazırda 1.34860 hədlərində ticarət olunan GBPUSD cütlüyündə “buğalar” qiyməti 1.34620 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Ötən həftə 4454$-4589$ intervalında dalğalanan qızıl həftəni 4506$-da başa vurdu. ABŞ–İran münasibətləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və geosiyasi risklərin tam aradan qalxmaması “təhlükəsiz liman” aktivlərinə tələbin artmasına səbəb oldu və qızıl yeni həftəyə yüksəlişlə başladı. “Ayılar” qiyməti 4530$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...