Redaktor
İlon Mask 500 milyardlıq layihəsini ləğv etdi
“Tesla” özünə məxsus “Dojo” superkompüter layihəsini dayandırır.
Valyuta.az xəbər verir ki, bununla layihənin rəhbəri Piter Bannon da şirkətdən ayrılır. Verilən bu qərarın avtopilot və sürücüsüz texnologiyalar üçün daxili çip istehsalı planlarına ciddi zərbə olacağı düşünülür.
İlon Mask komandanı ləğb etməsindən əlavə son aylarda “Dojo”dan təxminən 20 əməkdaş yeni yaradılan “DensityAI” şirkətinə keçib, qalan əməkdaşlar isə “Tesla” daxilində digər hesablama və məlumat mərkəzi layihələrinə yönləndiriləcək.
"Tesla"nın çip istehsalı üçün "Samsung"la əməkdaşlığını gücləndirəcək. Belə ki, şirkət ötən ay "Samsung" ilə 2033-cü ilə qədər AI çipləri tədarükünə dair 16,5 milyard dollarlıq müqavilə imzalayıb.
“Dojo” sistemi Tesla tərəfindən hazırlanmış və D1 adlı xüsusi çip əsasında qurulmuş superkompüter idi. O, avtonom idarəetmə və “Optimus” humanoid robotunun süni intellekt modellərinin təlimi üçün istifadə olunurdu. Morgan Stanley 2023-cü ildə bu texnologiyanın "Tesla"ya əlavə 500 milyard dollar dəyər qata biləcəyini proqnozlaşdırmışdı.
Tesla-nın daxili texnologiyalarında tərəfdaşların həlləri ilə birləşməyə gedəcəyi gözlənilir. Musk daha əvvəl “Dojo” layihəsinin uzunmüddətli olmaya biləcəyini, Nvidia ilə paralel davam etdiyini və uğur qazanarsa böyük gəlir gətirə biləcəyini bildirmişdi.
Sərvanə Rəmixanova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025