Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Redaktor

16.03.2026 11:51
51

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycanın aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə 2024-cü il 27 dekabr tarixli qanun qəbul edilib.

Bu barədə Valyuta.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin qanunla Azərbaycanın Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişiklik edilib.

Artıq bu dəyişikliklər "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Ali Məhkəmənin Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarında da öz əksini tapıb.

Belə ki, Ali Məhkəmənin Plenumunun qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə səbəb olan əməllər qismində bir sıra hallar göstərilib.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və "mygov" platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakının internet sürəti üzrə reytinqi açıqlanıb

16.03.2026

Mənzil İnşaatı Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin olundu

16.03.2026

Möminə xatun türbəsinin bərpasının davamına 9 milyon manatdan çox vəsait ayrılıb - SƏRƏNCAM

16.03.2026

Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi - FOTO

16.03.2026
Depozit investisiya vasitəsi sayılırmı?

Depozit investisiya vasitəsi sayılırmı?

16.03.2026

Dünyada internet sürəti reytinqi açıqlandı - Azərbaycan neçənci oldu?

16.03.2026

Qəbul imtahanlarının tarixi açıqlandı

16.03.2026

MİDA-nın aparat rəhbəri vəzifəsindən getdi

16.03.2026

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

16.03.2026

Azərbaycanda daha bir icra hakimiyyətində kütləvi ixtisar - 39 nəfər işdən çıxarıldı

16.03.2026

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

16.03.2026

Xəzər dənizində zəlzələ olub

16.03.2026

Bahalı görünən keyfiyyətsiz evləri necə tanımaq olar?

16.03.2026

InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

16.03.2026
Hansı bankın kartı ilə restoranda yemək daha sərfəlidir?

Hansı bankın kartı ilə restoranda yemək daha sərfəlidir? - CƏDVƏL

16.03.2026

Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol! ®

16.03.2026

Prezident dövlət agentliyinin bəzi əməkdaşlarını təltif etdi - SİYAHI

16.03.2026

ABŞ-da hakim "Fed" rəhbəri Cerom Pauellə bağlı çağırışları dayandırdı

16.03.2026
Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı

Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı - MÜSAHİBƏ

16.03.2026

Dövlət qurumu 2,5 milyona psixotrop və narkoz dərmanları alacaq

16.03.2026

Məzənnə

Yüklənir...