Redaktor
Bahalı görünən keyfiyyətsiz evləri necə tanımaq olar?
Ev seçərkən bir çox insanlar ilk növbədə onun görünüşünə və estetik tərəfinə diqqət yetirirlər. Lakin evin bahalı və cəlbedici görünməsi hər zaman onun keyfiyyətli tikildiyi anlamına gəlmir.
Valyuta.az xəbər verir ki, daşınmaz əmlak investisiyası üzrə mütəxəssis Arzu Rəsulova sosial şəbəkə hesabında keyfiyyətsiz, lakin bahalı görünən evləri müəyyən etməyin yollarını açıqlayıb.
Ekspertin sözlərinə görə, evə baxarkən ilk diqqət yetirilməli yerlərdən biri divarın alt hissəsidir. Əgər divarın dibində ağ duz ləkələri, qabarmış suvaq və ya rütubət izləri görünürsə, bu, hidroizolyasiyanın düzgün aparılmadığını və torpaq rütubətinin divarlara qalxdığını göstərə bilər.
Rəsulova həmçinin fasada diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, divara uzaqdan baxdıqda fasad dalğalı görünürsə, bu, suvağın düzgün texnologiya ilə çəkilmədiyini göstərir və çox vaxt tikintidə xərcləri azaltmaq üçün tətbiq olunan üsullardan biri olur.
Ekspert qapıların vəziyyətini də yoxlamağı məsləhət görür: "Qapını açıb buraxdıqda o, öz-özünə hərəkət edirsə, bu, divar və ya döşəmənin səviyyəsinin düzgün çıxarılmadığını göstərə bilər".
Pəncərələr də vacib göstəricilərdən biridir: "Əgər pəncərə ətrafında nazik çatlar və boşluqlar varsa, bu, montaj işlərinin zəif aparıldığını göstərir. Belə problemlər sonradan rütubət və istilik itkisi kimi çətinliklər yarada bilər".
A.Rəsulova hamam otağında da bəzi məqamları yoxlamağı tövsiyə edir. Onun sözlərinə görə, kranı açdıqda kanalizasiya səsi çox güclü eşidilirsə, bu, kanalizasiya borularının düzgün quraşdırılmadığını və izolyasiyanın zəif olduğunu göstərə bilər.
Bundan əlavə, suyun yavaş axması kanalizasiya xəttində meylin düzgün verilmədiyinə işarə edə bilər: "Hamamda rütubət və ya kanalizasiya qoxusunun hiss olunması isə adətən ventilyasiya və ya hidroizolyasiya problemlərindən xəbər verir".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMənzil İnşaatı Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin olundu
16.03.2026Möminə xatun türbəsinin bərpasının davamına 9 milyon manatdan çox vəsait ayrılıb - SƏRƏNCAM
16.03.2026Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi - FOTO
16.03.2026
Depozit investisiya vasitəsi sayılırmı?
16.03.2026Dünyada internet sürəti reytinqi açıqlandı - Azərbaycan neçənci oldu?
16.03.2026Qəbul imtahanlarının tarixi açıqlandı
16.03.2026MİDA-nın aparat rəhbəri vəzifəsindən getdi
16.03.2026Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
16.03.2026Azərbaycanda daha bir icra hakimiyyətində kütləvi ixtisar - 39 nəfər işdən çıxarıldı
16.03.2026Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
16.03.2026Xəzər dənizində zəlzələ olub
16.03.2026Bahalı görünən keyfiyyətsiz evləri necə tanımaq olar?
16.03.2026InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
16.03.2026
Hansı bankın kartı ilə restoranda yemək daha sərfəlidir? - CƏDVƏL
16.03.2026Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol! ®
16.03.2026Prezident dövlət agentliyinin bəzi əməkdaşlarını təltif etdi - SİYAHI
16.03.2026ABŞ-da hakim "Fed" rəhbəri Cerom Pauellə bağlı çağırışları dayandırdı
16.03.2026
Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı - MÜSAHİBƏ
16.03.2026Dövlət qurumu 2,5 milyona psixotrop və narkoz dərmanları alacaq
16.03.2026