Redaktor
Depozit investisiya vasitəsi sayılırmı?
Çox vaxt investisiya dedikdə ağlımıza yalnız dalğalı səhm bazarları, kriptovalyutalar və ya böyük risklər gəlir. Lakin ən effektli maliyyə strategiyaları çox zaman mürəkkəb qrafiklərdə deyil, sadə və etibarlı alətlərdə gizlənir. Bir çoxlarına görə depozitlər sadəcə “pul saxlamaq” üsulu kimi görünür, bəzilərinə görə isə investisiyadır.
Bəs həqiqətən depozit investisiya vasitəsi sayılırmı?
Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, Azərbaycanda depozitlər əsasən iki növə bölünür: milli valyutada yerləşdirilən depozitlər və xarici valyutada yerləşdirilən depozitlər.
“Hər iki depozit növü banklarda vəsaitlərin qorunması və müəyyən faiz gəliri əldə edilməsi baxımından istifadə olunan maliyyə alətlərindən hesab olunur. Bununla yanaşı, depozitlərin gəlirlilik səviyyəsi və risk amilləri seçilən valyutadan asılı olaraq fərqlənir. Mövcud qaydalara əsasən, milli valyutada yerləşdirilən sığortalanmış depozitlər üzrə illik faiz dərəcəsi 12%-dək, xarici valyutada yerləşdirilən sığortalanmış depozitlər üzrə isə 2,5%-dək müəyyən edilib. Bu göstəricilərdən göründüyü kimi, faiz gəliri baxımından milli valyutada yerləşdirilən depozitlər daha yüksək gəlirlilik təqdim edir. Bu səbəbdən bir çox hallarda milli valyutada depozitlər investisiya baxımından daha cəlbedici hesab oluna bilər. Lakin milli valyutada depozitlərin daha gəlirli olması müəyyən iqtisadi şərtlərlə bağlıdır. Belə ki, bu depozitlər yalnız o halda daha yüksək real gəlir gətirə bilər ki, milli valyutanın dəyərində ciddi dəyişiklik və ya devalvasiya baş verməsin. Əgər devalvasiya baş verərsə, əldə olunan faiz gəlirinin bir hissəsi və ya tamı milli valyutanın dəyər itirməsi ilə kompensasiya oluna bilər".

"Xarici valyutada yerləşdirilən depozitlərdə isə faiz dərəcələri daha aşağıdır və bu səbəbdən birbaşa gəlir əldə etmək baxımından milli valyutada depozitlərlə müqayisədə daha az gəlirli görünür. Bununla belə, xarici valyutada saxlanılan depozitlər müəyyən hallarda valyuta riskindən qorunma vasitəsi kimi qiymətləndirilir. Yəni bu depozitlər milli valyutanın mümkün devalvasiyası zamanı vəsaitin dəyərinin qorunmasına kömək edə bilər. Bu baxımdan depozitləri investisiya aləti kimi qiymətləndirərkən yalnız faiz dərəcələrinə deyil, həm də valyuta məzənnələrinin dəyişmə ehtimalına və iqtisadi risk amillərinə diqqət yetirmək vacibdir. Nəticə etibarilə, depozitə investisiya kimi yanaşmaq və vəsaiti hansı valyutada yerləşdirmək məsələsi müştərinin şəxsi maliyyə qərarıdır və hər bir investor bu amilləri nəzərə alaraq öz seçimini edir”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPiter til və digər texnologiya milyarderləri uşaqlarını onları varlandıran məhsullardan uzaq saxlayır
16.03.2026Finlandiyaya köçməyin yolu: biznesin 30%-nə şərik olmaq
16.03.2026Bakının internet sürəti üzrə reytinqi açıqlanıb
16.03.2026Mənzil İnşaatı Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin olundu
16.03.2026Möminə xatun türbəsinin bərpasının davamına 9 milyon manatdan çox vəsait ayrılıb - SƏRƏNCAM
16.03.2026Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi - FOTO
16.03.2026
Depozit investisiya vasitəsi sayılırmı?
16.03.2026Dünyada internet sürəti reytinqi açıqlandı - Azərbaycan neçənci oldu?
16.03.2026Qəbul imtahanlarının tarixi açıqlandı
16.03.2026MİDA-nın aparat rəhbəri vəzifəsindən getdi
16.03.2026Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
16.03.2026Azərbaycanda daha bir icra hakimiyyətində kütləvi ixtisar - 39 nəfər işdən çıxarıldı
16.03.2026Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
16.03.2026Xəzər dənizində zəlzələ olub
16.03.2026Bahalı görünən keyfiyyətsiz evləri necə tanımaq olar?
16.03.2026InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
16.03.2026