Redaktor
Hansı sahə daha gəlirlidir? Dünyada ən çox pul qazandıran 9 biznes sektoru
Dünya sistemi pul üzərində qurulub. Hər kəs pul qazanmağın müxtəlif yollarını axtarır. Ona görə də çox vaxt yüksək gəlir əldə edə biləcəkləri peşələrə yiyələnirlər. Lakin elə sahələr də var ki, sizi bir qısa bir zamanda zəngin edə bilər. Valyuta.az sizin üçün dünyanın ən gəlirli sahələrinin siyahısını hazırladı.
1. Sağlamlıq

Sağlamlıq olmasa, heç nəyin əhəmiyyəti qalmaz. İnsan xoşbəxt həyat sürmək üçün ilk növbədə sağlam olmalıdır. Bu səbəbdən dünya var olduqca səhiyyə sektoru pul qazanmağa davam edəcək. Bu gün qlobal əczaçılıq sənayesinin dəyəri 1 trilyon dollardan çoxdur.
2. Maliyyə

İqtisadi hesabatlara əsasən, maliyyə sektoru müasir tarixdə ən çox milyonçu yetişdirən sahədir. Bu gün dünyanın ən uğurlu sahibkarlarına nəzər saldıqda görərik ki, onlar maliyyə sektoruna arxalanan insanlardır. Üstəlik, maliyyə sektoru bütün qlobal iqtisadiyyatın da təməl daşını təşkil edir.
3. Texnologiya

Texnologiya yeni nəsil tərəfindən çox sürətlə mənimsənildi. Texnologiyanın təqdim etdiyi imkanlarla minlərlə insan indi evlərini belə tərk etmədən rahatlıqla iş tapmaq imkanı qazanıb. Bu sektor ən çox pul qazanan peşələr arasında özünəməxsus yerini qorumaqda davam edir.
4. Əmlak

Daşınmaz əmlak qədim zamanlardan bər böyük sərvət mənbəyi olmuşdur. Mənzil insan həyatının ən mühüm tələblərindən biridir. Zənginlərin əksəriyyəti ya daşınmaz əmlak alqı-satqısı vasitəsilə ya da bu sahəyə sərmayə qoymaqla zənginləşmişdir.
5. Qida

Ərzaq hər cür böhranda böyüməyə davam edən sektorlardan biridir. Qida bazarındakı rəqabət qətiyyən gözünüzü qorxutmasın. Qida sənayesinə girən insanlar nə olursa olsun iqtisadi cəhətdən böyüməyi bacarmışlar. Çünki planetimizdə qidalanmağa ehtiyacı olan insan sayı yaxın zamanlarda 9 milyarda çatacaq.
6. Tekstil

Toxuculuq sənayesi ilə zəngin olan insanlar da az deyil. Geyim də məcburi ehtiyaclarımızdan biridir. Bu səbəbdən yüksək gəlir gətirir. İstehsalçısınızsa və yaxşı satış nöqtəniz varsa, böyük gəlir əldə edə bilərsiniz.
7. Media

İnternet və TV sənayesini özündə birləşdirən media böyük pullar qazandıran ən yaxşı sahələrdən biridir. İnsanlar həmişə ətraflarında baş verənləri görmək istəyirlər. Bu sektora addım atdığınız zaman zənginliyin qapısını açmış olacaqsınız. .
8. İnvestisiya

İnvestisiya sektoru xüsusilə son illərdə populyarlaşmış sahələrdən biridir.Bir çox insanlar investisiya qoymağa və sərvətlərini ikiqat artırmağa davam edirlər. Paralel olaraq da investisiya şirkətlərini sərvətləıərini sürətlə artırmağa davam edirlər.
9. Əyləncə

Əyləncə insanlar üçün stressdən qurtulma mənbəyidir. Bu səbəbdən də hər hansı bir əyləncə məkanının öz sahibinə necə böyük pullar qazandırdığı göz qabağındadır. Hətta əyləncə sənayesində çalışan işçilər də yaxşı gəlir əldə edə bilirlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya
24.06.2026Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi
24.06.2026Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər
24.06.2026Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq
24.06.2026Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar
24.06.2026Bütün zamanların ən böyük 10 satış mütəxəssisi
24.06.2026Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi
24.06.2026Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB
24.06.2026"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"
24.06.2026"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz
24.06.2026Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək
24.06.2026Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!
24.06.2026