"VTB Bank" 3 ayda nə qədər qazanıb? - Rəqəmlər

Redaktor

14.04.2025 16:15
255

"VTB Bank" 3 ayda nə qədər qazanıb? - Rəqəmlər

“VTB Bank” (Azərbaycan) 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 3 milyon 306 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 50,14% çoxdur. 

Hesabat dövründə bankın faiz gəlirləri 2 milyon 818 min manat və ya 39,3 % artaraq 9 milyon 996 min manat olub. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,653 mln. manat) müşahidə edilib. 

İlk rübdə “VTB Bank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 11,6 % artaraq 1,979 milyon manatdan (I rüb 2024) 2,209 milyon manata yüksəlib. 

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,753 mln. manat), Mərkəzi Bank və Dövlət Fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri (437 min manat) ilə bağlıdır.

Nəticədə bankın xalis faiz gəliri 57,5% artaraq 7,549 milyon manata çatıb.  

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri, xarici valyutadan gəlir və digər gəlirlər hesabına 1 milyon 110 min manat artaraq bu ilin ilk rübündə 3,811 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 6,773 milyon manatdan 8,863 milyon manata yüksəlib. 

Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 3.306 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 50,14% artım deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 2,202 milyon manat təşkil edib. 

Son üç ayda “VTB Bank”ın cəmi aktivləri 43,2% və ya 105,142 milyon manat artaraq 348,541 milyon manata, cəmi öhdəlikləri isə 62,5% artaraq 243,826 milyon manata olub. Cəmi kapitalı isə 12,17% artaraq 104,715 milyon manata bərabər olub.

Qeyd edək ki, Rusiyanın “VTB Bank”ının Azərbaycandakı filialı 1993-cü ildə dövlət qeydiyyatına alınıb. Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviçdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Türkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya

24.06.2026

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24.06.2026

Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər

24.06.2026

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq

24.06.2026

Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar

24.06.2026

Bütün zamanların ən böyük 10 satış mütəxəssisi

24.06.2026

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?

24.06.2026

"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir

24.06.2026

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

24.06.2026

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®

24.06.2026

“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir

24.06.2026

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Məzənnə

Yüklənir...