Redaktor
FHN Qazaxda yerləşən zavodu cərimələyib
Qazax rayonun Daş Salahlı kəndində yerləşən bentonit gil zavoduna “AzRosPromİnvest” Məhdud Məhsuliyyətli Cəmiyyətinə cərimə protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində “AzRosPromİnvest” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə, sözügedən şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Sabiq İsbəndərli