Redaktor
FBI 8 milyard dollardan çox kriptovalyutanı ələ keçirdi
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) beynəlxalq kripto fırıldaqçılıq şəbəkələrinə qarşı keçirilən əməliyyatlarda 8 milyard dollardan çox rəqəmsal aktivə əl qoyub.
Valyuta.az xəbər verir ki, əməliyyatlar əsasən kripto investisiya fırıldaqları və onlayn saxtakarlıq şəbəkələrinə qarşı yönəlib. Nəticədə yüzlərlə şübhəli saxlanılıb.
"FBI" 127 min "Bitcoin"in ələ keçirildiyini, aktivlərin böyük hissəsinin Kamboca mərkəzli “Prince Holding Group” və onun rəhbəri Chen Zhi ilə əlaqəli olduğunu bildirib.
Qurum həmçinin əməliyyatlar çərçivəsində insan alveri və məcburi əmək hallarının da aşkarlandığını, təxminən 2 min qurbanın xilas edildiyini açıqlayıb.
Əməliyyatlar Asiya, Afrika və Yaxın Şərqdə bir sıra ölkələri əhatə edib. Dubay, Tayland və Myanmada yüzlərlə nəfər saxlanılıb və geniş infrastruktur ələ keçirilib.
"FBI" bu əməliyyatları “Operation Blackout” çərçivəsində həyata keçirdiyini və kripto fırıldaqlarına qarşı mübarizənin davam edəcəyini bildirib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026