Elektrikli skuter şirkəti ümumi investisiyanı 76 milyon dollara çatdırdı

Redaktor

13.08.2025 09:54
259

Elektrikli skuter şirkəti ümumi investisiyanı 76 milyon dollara çatdırdı

Elektriklə işləyən motosiklet və skuterlərin istehsalçısı olan Hindistan mərkəzli "Ultraviolette" şirkəti 21 milyon dollar investisiya cəlb edib.

Valyuta.az xəbər verir ki, 2016-cı ildə qurulan "Ultraviolette" indiyədək ümumilikdə təxminən 75 milyon dollar sərmayə toplayıb.

Şirkət bildirib ki, yeni vəsait Avropada mövcudluğunu gücləndirmək, Latın Amerikası və Cənub-Şərqi Asiya bazarlarına daxil olmaq və 2027-ci ilin əvvəlinə qədər məhsul çeşidini 14 modelə çatdırmaq məqsədilə istifadə olunacaq.

"Ultraviolette" şirkəti Nayaran Subramaniam və Nirac Racmohan tərəfindən təsis edilib və əsas fəaliyyət sahəsi elektriklə işləyən motosiklet və skuterlərin hazırlanmasıdır. Şirkətin məhsulları arasında "F77 Mach 2", "F77 SuperStreet", yüngül çəkiyə malik "Shock Wave" motosikleti və radar, kamera, zolaq dəyişmə köməkçisi ilə kor zona aşkarlama funksiyalarına malik "Tesseract" skuteri yer alır.

"Ultraviolette" batareya idarəetmə sistemi, mühərrik nəzarət bloku, daxili proqram təminatı və eSIM texnologiyasına əsaslanan ağıllı nəqliyyat texnologiyalarını öz daxilində istehsal edir. Şirkətin istehsal etdiyi nəqliyyat vasitələri öncədən texniki xidmət sistemi ilə təchiz olunub. Bu sistem hətta zəncirin yağlanması kimi kiçik texniki ehtiyacları belə əvvəlcədən müəyyən edə bilir.

Hazırda ildə 30 min nəqliyyat vasitəsi istehsal etmək imkanına malik olan "Ultraviolette", Hindistan üzrə 20 satış məntəqəsinə sahibdir. Şirkət bu sayını ilin sonuna qədər 100-ə çatdırmağı planlaşdırır. Eyni zamanda Avropa, Latın Amerikası, Cənub-Şərqi Asiya, ABŞ və Yaponiya kimi bazarlara daxil olaraq qlobal miqyasda böyüməsini sürətləndirməyi qarşısına məqsəd qoyub.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...