Redaktor
Dünyanın aparıcı audit şirkəti kripto bazarına daxil olur
Dünyanın aparıcı audit və məsləhət şirkətlərindən biri olan PricewaterhouseCoopers (PwC) kriptovalyuta sahəsində fəaliyyətə başlamaq qərarı verib.
Valyuta.az xəbər verir ki, bu barədə Financial Times qəzetinə PwC-nin ABŞ üzrə CEO-su Paul Griggs məlumat verib.
Onun sözlərinə görə, ABŞ-də kriptovalyutalarla bağlı tənzimləmələrin daha aydın və müsbət istiqamətdə formalaşması bu qərarı sürətləndirib. Xüsusilə SEC-dəki yeni yanaşma və stabilkoinlər üzrə qaydalar institusional iştirakçılar üçün hüquqi riskləri azaldıb.
CEO bildirib ki, tənzimləmələrin dəqiqləşməsi fonunda PwC-yə kripto ilə bağlı müraciətlərin sayı artıb və şirkət artıq bu ekosistemin kənarında qala bilməz.
Qeyd edək ki, digər böyük audit şirkəti KPMG də 2025-ci il hesabatında kriptovalyutaların artıq “marjinal sahə” olmadığını açıqlayıb.