Redaktor
Dəyərini heç vaxt itirməyən 5 klassik avtomobil - FOTOLAR
Klassik avtomobil dünyası yalnız bir hobbi deyil, həm də ciddi bir investisiya fürsəti hesab olunur.
Valyuta.az xəbər verir ki, 1950-ci illərin şan-şöhrətini əks etdirən və son bir ildə dəyərini daha da artıran bu əfsanəvi modellər, hərraclarda rekord qiymətlərlə alıcı tapır.
"Chevrolet Corvette C1": Bir əfsanənin doğuluşu

Amerikan idman avtomobilləri deyəndə ilk ağla gələn ad "Corvette"dir. 1953-cü ildə altı silindrli, o qədər də iddialı olmayan mühərriklə yola çıxan "Corvette" məşhur mühəndis Zora Arkus-Duntovun 1955-ci ildə əlavə etdiyi V8 mühərriklə əfsanəyə çevrildi. Pistlərdə qırdığı rekordlarla özünü sübut edən C1, bugün nostalji sevənlər üçün xüsusi bir yerdədir. 2025-ci ilin dekabr məlumatlarına görə, bu ikonik model orta hesabla 106 min dollara alıcı tapır və dəyərini hər gün artırır.
"Cadillac Eldorado": Lüksün zirvəsi

1957 və 1958-ci illərin "Cadillac Eldorado" modelləri, dövrünün "Rolls-Royce" avtomobillərindən də baha satılırdı. Hətta "General Motors"un hər satışdan zərər etdiyi deyilsə də, bu avtomobillər lüks anlayışını yenidən müəyyənləşdirdi. İçərisindən çıxan xüsusi makiyaj dəstləri, ətir şüşələri və seçkin ofis ləvazimatları ilə "Eldorado", tam mənasıyla bir “bulvar gəmisinə” çevrildi. Bu gün təmiz vəziyyətdə bir "Eldorado" almaq istəyənlər üçün orta qiymət 115 min dollardır; bəziləri isə 200 min dollar həddini artıq keçib.
"Buick Roadmaster Skylark": Nadir bir qeyd

"Buick" 50 illiyini qeyd etmək üçün 1953-cü ildə "Skylark" modelini təqdim edəndə, bu avtomobilin bir gün bu qədər nadir olacağını heç kim təsəvvür etmirdi. Yalnız 1.640 ədəd istehsal olunan bu xüsusi seriya, markanın tarixi irsini əks etdirir. Satış həcmi az olsa da kolleksiyaçıların marağı sayəsində orta qiyməti 93 min dollara çatıb. Bəzi xüsusi nümunələr 150 min dollardan çox satılır ki, bu da avtomobilin investisiya dəyərini göstərir.
"Chevrolet Bel Air": Zamandan qabaq dizayn

1955-1957-ci illərdə istehsal olunan və “Tri-Five” adlanan "Bel Air" seriyası, bugün də klassik avtomobil deyəndə ağla gələn ilk siluetlərdən biridir. Xüsusilə açıq üst modelləri kolleksiyaçıların marağını artırır. Orta hesabla 69 min dollar civarında daha əlçatan olsa da, yüksək kondisiyalı bir açıq üst Bel Air üçün 100 min dollar ayırmaq lazım gəlir. Lüks dizaynı və güclü V8 mühərrikləri onu hələ də populyar edir.
"Jaguar XK120 Roadster": Avropanın sürət rekordu

Siyahının yeganə Avropa nümayəndəsi olan "Jaguar XK120" 1950-ci illərin əvvəllərində dünyanın ən sürətli seriya istehsalı avtomobili statusunu daşıyırdı. Zərif xətləri və 3.4 litrlik altı silindrli mühərriki ilə bu İngilis incisi estetikanı və performansı eyni gövdədə birləşdirirdi. Orta hesabla 93 min dollara satılan "Roadster" versiyası, bugün kolleksiyaların ən qiymətli parçalarından biridir. Əlbəttə, bərpa tələb edən daha əlverişli nümunələr tapmaq mümkündür, lakin bəzən onların yenidən həyatə qaytarma xərci satış qiymətini belə aşa bilir.
Paşa Məmmədli