Redaktor
Deputatlar payız sessiyasında 84 qanun, 41 qərar qəbul ediblər
Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.
Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 19 plenar iclası keçirilib, 84 qanun və 41 qərar qəbul olunub.
Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026