Bu şirkətin ixrac gəlirləri 3,4 milyon dollar artıb

Redaktor

07.01.2026 12:15
306

Bu şirkətin ixrac gəlirləri 3,4 milyon dollar artıb

2025-ci ilin yanvar-noyabr aylarında "Azəralüminium" MMC 130,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və yaxud 2,68% çoxdur.

2024-cü ilin yanvar-noyabr aylarında isə "Azəralüminium" MMC 126,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, "Azəralüminium" əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...