Bu şəxslər üçün kredit imkanları yaradılır

Redaktor

01.08.2025 13:11
208

Bu şəxslər üçün kredit imkanları yaradılır

2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta risklərini aradan qaldırmaq üçün yeni maliyyə aləti tətbiq ediləcək.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Referans.az-ın suallarını cavablandırarkən bildirib ki, bu, Mərkəzi Bank tərəfindən təqdim olunacaq və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) alətidir.

Alət sahibkarlara xarici kreditləri manatla reallaşdırmaq imkanı yaradacaq.

Ekspert onu da deyib ki, əgər bir şirkət və ya bank xaricdən dollar və ya avro ilə kredit cəlb edərsə, həmin vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirib yerli sahibkarlara təqdim edə biləcək.

Bu zaman məzənnə dəyişməsi ilə bağlı risklər Mərkəzi Bank tərəfindən qarşılanacaq. Yeniliyin əhəmiyyəti və üstünlükləri - Azərbaycanda 2015–2016-cı illərdən sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu və bu sahədə ciddi çəkinmələr vardı. İndi isə hedcinq aləti sayəsində bu risklər aradan qalxır.

İqtisadçı bildirib ki, ⁠yeni mexanizm xüsusən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və məqsəd onları daha ucuz maliyyə resursları ilə təmin etməkdir. Banklar valyuta riskindən azad olur, bu da onları xarici bazarlardan vəsait cəlbinə daha açıq edir.

Xalid Kərimlinin sözlərinə görə, bu proqram Mərkəzi Bank tərəfindən 600 milyon dollarlıq limit çərçivəsində, 3 il müddətinə həyata keçiriləcək. Banklara və BOKT-lara müəyyən kvotalar ayrılacaq.

Faizlər azalacaqmı?

Bəli, yeni mexanizm kredit faizlərinin də azalmasına səbəb olacaq. Belə ki, banklar xarici bazarlardan daha aşağı faizlə borc alıb, valyuta riskini Mərkəzi Bankın təqdim etdiyi alətlə sığortalayaraq, manatla və daha münasib şərtlərlə kredit verə biləcəklər. Hədcləmə xidmətinin təqribən 3% komissiya ilə təqdim olunacağı gözlənilir ki, bu da əvvəlki dövrlərlə müqayisədə daha ucuzdur.

İnflyasiya və məzənnəyə təsiri varmı?

"Mərkəzi Bank bu alətin manatın məzənnəsinə və inflyasiyaya təsir göstərməyəcəyini bəyan edib. Kreditlər manata çevrildikdən sonra iqtisadiyyata daxil ediləcək və paralel olaraq valyuta ehtiyatları tənzimlənəcək.

Yəni sistemdə ani dəyişiklik olmayacaq. Nəticə: Bu alət həm maliyyə institutları üçün əlavə qazanc və dayanıqlılıq, həm də sahibkarlar üçün daha əlçatan kredit imkanı yaradır. Eyni zamanda ölkənin investisiya reytinqinin artması və xaricdən maliyyə axınının stimullaşdırılması baxımından da önəmli addımdır",- deyə ekspert əlavə edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...