Biznesinizin uğur qazanmasına mane olan 10 pis vərdiş

Redaktor

15.05.2026 08:30
390

Biznesinizin uğur qazanmasına mane olan 10 pis vərdiş - SƏHƏR OXUSU

Biznes qurmaq bəzən yaxşı ideya tapmaqdan daha çox, düzgün idarəetmə bacarığından asılı olur. Bir çox sahibkar uğursuzluğun səbəbini bazar, rəqabət və ya maliyyə çatışmazlığında axtarsa da, ekspertlər hesab edir ki, problemlərin böyük hissəsi gündəlik davranış və yanlış idarəetmə vərdişlərindən qaynaqlanır. Məhz bu kiçik görünən səhvlər zamanla biznesin inkişafını ləngidə, hətta onun fəaliyyətini dayandırmasına səbəb ola bilər.

Valyuta.az xəbər verir ki, “Entrepreneur” nəşri biznesin uğur qazanmasına mane olan 10 əsas pis vərdişi açıqlayıb.

Eyni anda çox işə fokuslanmaq
Sahibkarların ən böyük səhvlərindən biri diqqəti həddindən artıq çox istiqamətə yönəltməsidir. Bu halda heç bir sahədə ciddi nəticə əldə olunmur və işlərin effektivliyi azalır.

Yalnız bir məqsədə həddindən artıq bağlanmaq
Bəzi sahibkarlar bir layihə və ya təqdimata o qədər fokuslanırlar ki, biznesin digər vacib istiqamətlərini unudurlar. Bu isə uzunmüddətli inkişafı zəiflədə bilər.

Sistem və prosesləri gec qurmaq
Biznesin ilk dövrlərində qayda və sistemlərin olmaması normal görünsə də, şirkət böyüdükcə bu ciddi problemə çevrilir. Mütəxəssislər idarəetmə mexanizmlərinin vaxtında qurulmasının vacibliyini vurğulayır.

Həddindən artıq vəd vermək
Yeni müştəri qazanmaq üçün imkanları şişirtmək qısamüddətli üstünlük yaratsa da, sonradan etibar itkisinə səbəb ola bilər. Biznesmenlər “az vəd ver, çox nəticə göstər” prinsipini tövsiyə edirlər.

Riskdən çəkinmək
Uğurlu bizneslərin əsas xüsusiyyətlərindən biri yenilikləri sınamaqdır. Daim təhlükəsiz zonada qalmaq şirkətin inkişafını ləngidə bilər.

İşləri bölüşdürməmək
Bütün məsuliyyəti öz üzərinə götürmək sahibkarın həm yorulmasına, həm də komandanın potensialından istifadə olunmamasına səbəb olur.

Həddindən artıq nəzarət etmək
İşçilərin hər addımını izləmək kollektivdə narazılıq yarada və iş mühitinə mənfi təsir göstərə bilər. Bu yanaşma məhsuldarlığı da azaldır.

Problemlərə gec reaksiya vermək
Mütəxəssislərə görə, uğurlu sahibkarlar problemləri yaranmadan görməyə çalışırlar. Yalnız hadisədən sonra reaksiya vermək biznes üçün əlavə risk yaradır.

Yalnız pula fokuslanmaq
Məqalədə qeyd olunur ki, gəlir vacib olsa da, biznesin uzunömürlü olması üçün məhsul keyfiyyəti, komanda ruhu və düzgün liderlik də əsas amillərdəndir.

İstirahət etmədən işləmək
Davamlı işləmək sahibkarın həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Ekspertlər balanslı iş rejiminin vacibliyini vurğulayırlar.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...