Biznesin ilk 6 Ayı - Yeni sahibkarlar nələrə diqqət etməlidir?

Redaktor

14.05.2025 23:00
268

Biznesin ilk 6 Ayı - Yeni sahibkarlar nələrə diqqət etməlidir?

Yeni biznes qurmaq həyəcanverici bir proses olsa da, ciddi çətinliklərlə də müşayiət olunur. İlk mərhələdə bir çox qərarlar qəbul edilməli, müxtəlif sahələrə vəsait ayrılmalı və işin idarəsi üçün düzgün plan qurulmalıdır. Bu səbəbdən biznesin ilk altı ayı gələcək inkişaf üçün həlledici dövr sayılır. Biznesin ilk 6 ayında - bu həlledici dövrdə nələrə diqqət edilməlidir? 

ABŞ-də kiçik bizneslərə dəstək verən maliyyə mütəxəssisi, SMB Compass şirkətinin rəhbəri Matthew Gillman, startap sahiblərinin bu dövrdə diqqət yetirməli olduğu əsas məqamları açıqlayıb:

Valyuta.az kiçik biznes quranların ilk 6 ayda əməl etməli olduğu qaydaları təqdim edir.

1. Bazar araşdırmasını davam etdirin

İşə başlasanız belə, bazar araşdırması dayandırılmamalıdır. Müştəri davranışları və bazar tələbləri dəyişir. Daim yenilikləri izləmək, yeni imkanları vaxtında görmək və hədəf auditoriyanı dəqiq təyin etmək vacibdir.

2. Əsas komandanı formalaşdırın

Yeni sahibkarlar çox zaman hər işi tək görməyə çalışırlar. Amma bu, uzunmüddətli inkişaf üçün risklidir. Uğurlu başlanğıc üçün aşağıdakı əsas vəzifələr üzrə şəxslər seçilməlidir:

Əməliyyatlar üzrə rəhbər (COO)
Maliyyə üzrə rəhbər (CFO)
Məhsul meneceri
Marketinq meneceri
Müştəri dəstək heyəti
Satış meneceri
Bu komanda sahibkara daha strateji məsələlərə fokuslanmaq imkanı verir.

3. Biznes planınızı daim əlinizdə saxlayın

Biznes planı yalnız ilkin mərhələdə deyil, davamlı inkişaf üçün də əsas sənəddir. Həm strateji hədəfləri müəyyənləşdirir, həm də maliyyə dəstəyi almaqda kömək edir. Kredit verən qurumlar da biznes planının mövcudluğuna xüsusi önəm verir.

4. Sosial şəbəkələrdə aktiv olun

Sosial media platformaları və veb saytlar vasitəsilə brendinizi tanıdın. “Google”, “İnstagram”, “Facebook” və “TikTok” kimi platformalarda aktiv olmaq, müştəri kütləsinə daha tez çatmaq imkanı yaradır.

2025-ci ilə qədər mobil ticarətin ABŞ-da pərakəndə satışların 44%-ni təşkil edəcəyi deyilirdi. Bu fikir təsdiqini tapdı və bu səbəbdən rəqəmsal mühitdə aktiv olmaq artıq seçim deyil, zərurətdir.

5. Dost və ailədən rəy alın

Əgər müştəri rəyiniz yoxdursa, yaxın çevrənizdən dürüst fikirlər toplayın. Onların sosial şəbəkələrdə paylaşacağı fikirlər və videolar, brendinizin tanınmasında mühüm rol oynaya bilər.

6. Şəbəkə qurun, aktiv olun

Yeni tərəfdaşlar, məsləhətçilər və investorlarla tanış olmaq üçün tədbirlərdə iştirak edin. Əgər açıq görüşlərdə iştirak etməkdə çətinlik çəkirsinizsə, onlayn biznes icmalarına qoşulun.
İlk altı ay uğurun bünövrəsini qoyan dövrdür. Əgər düzgün planlaşdırma və fokuslanma olsa, bu dövr həm faydalı, həm də gəlirli ola bilər. Çətinliklər zamanı geri dönüb biznes planınıza baxın, o sizə istiqamət verəcək.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...