Biznesdə "qartopu effekti" nədir və necə işləyir?

Redaktor

27.07.2025 17:42
692

Biznesdə "qartopu effekti" nədir və necə işləyir?

Bəzən iş həyatında dəyişiklik yaratmaq üçün böyük sərmayələr, sərt qərarlar və radikal dəyişikliklər lazım olduğunu düşünürük. Halbuki, əsl uğur çox vaxt sadəcə davamlı və məqsədli kiçik addımların yığılması nəticəsində formalaşır. Elə bu məqamda iqtisadiyyat və biznes terminologiyasında diqqət çəkən bir anlayış ortaya çıxır: qartopu effekti. Bu effekt təkcə metafora deyil. Bu, illərlə formalaşan və real nəticələrlə özünü sübut edən strategiya və düşüncə modelidir. 

Valyuta.az biznesdə “qartopu effekti”nin necə işlədiyini təqdim edir:

Qartopu effekti nədir?

Qartopu effekti ingiliscə “Snowball effect” təbiətin özündən ilham alan bir anlayışdır. Təsəvvür edin: dağın zirvəsindən yuvarlanan kiçik bir qartopu hərəkət etdikcə ətrafına daha çox qar yığır, böyüyür, ağırlığı artır və bir nöqtədən sonra artıq sürəti və ölçüsü onun qarşısını almağı mümkünsüz edir. Biznesdə isə bu eyni prinsip tətbiq olunur: kiçik, ardıcıl və istiqamətli hərəkətlər zamanla böyük dönüşümlərə səbəb olur. Əldə edilən hər bir müştəri, edilən hər paylaşım, qurulan hər əlaqə bir növ o qartopuna qar əlavə etməkdir.

Biznesdə qartopu effekti necə işləyir?

Uğurlu biznes hekayələrinin çoxunda bir ortaq nöqtə var: böyük nəticələrə aparan kiçik başlanğıclar. Əvvəlcə görünməz, nəticəsi ölçülməz, amma ardıcıl olduqca dayanılmaz bir böyümə başlayır. Bunu başa düşmək üçün bir neçə sahəyə baxmaq kifayətdir.

1. Satış boru xəttinin qurulması

Biznesdə, satış dünyasında “pipeline” adlandırılan sistem, yəni satış boru xətti hər gün kiçik miqdarda potensial müştəri ilə əlaqə qurmaqla formalaşır. Bu əlaqələrin bəzisi nəticə verməz, bəzisi isə gələcəkdə böyük əməkdaşlıqlara çevrilə bilər. Burada vacib olan miqyas deyil, davamlılıqdır.

Alison Mullins adlı satış eksperti bildirir ki, gündə 5 potensial müştəri ilə əlaqə qurmaq o qədər də təsirli görünmür. Amma bu vərdiş 90 gün sonra satışlarınızı 10 dəfə artıra bilər. Bu, artıq sadə təkliflərdən çox, sistemli iş modelinin təməlidir.

2. Sözlə tanıtım və müştəri tövsiyələri

Marketinqdə ən ucuz və eyni zamanda ən etibarlı strategiyalardan biri müştəri tövsiyəsidir. Bu üsulun özündə qartopu effekti var. Razı qalan 1 nəfər, 3 nəfəri gətirir. Onlar da daha başqalarına danışır və bu proses eksponent şəkildə genişlənir.

Ambassador adlı referral marketing platformasının qurucuları bildirirlər ki, müştəri tövsiyələri ilə formalaşan satışlar, klassik reklam kampaniyalarından 3 dəfə daha dönüşüm verir. Bu, sadəcə reklam xərclərinə qənaət deyil, etibarın artırılması və bazarın təbii yolla genişlənməsidir.

3. Sosial media və rəqəmsal görünürlük

"Qar topu" effekti sosial şəbəkələrdə də yaxşı işləyir. Sosial şəbəkələrdə bir çox brend ilk paylaşımda viral olmağı gözləyir. Amma alqoritmlər səbr və davamlılıq istəyir. Jacob Landis adlı marketinq bloqeri gündə 1 paylaşım edərək 6 ay ərzində 300 izləyicidən 30,000 izləyiciyə yüksəlib. Onun ilk paylaşımı cəmi 9 bəyənmə toplaya bilib. Amma qartopu artıq o zaman yuvarlanmağa başlamışdı.

Bu effektdən necə faydalanmaq olar?

Əldə etmək üçün nəhəng layihələrə və milyonlarla vəsaitə ehtiyac yoxdur. Əksinə, qartopu sadə başlamağı, səbrli olmağı və düzgün istiqaməti tələb  edir. Sadəcə qartopunu yuvarlamaq kifayət edir, qar özü yığılacaq, qar topu yaranacaq.

Sərvanə Rəmixanova

Biznesdə "qartopu effekti" nədir və necə işləyir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...