BDU-da yeni ixtisas açıldı

Redaktor

13.08.2025 17:13
397

BDU-da yeni ixtisas açıldı

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.

Valyuta.az xəbər verir ki, bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib.

Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsuru olan uşaqların (həm də yaşlıların) inkişafının psixoloji xüsusiyyətlərini, onların təhsilinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır.
Bu ixtisas müxtəlif istiqamətləri əhatə edir:

Surdopedaqogika – eşitmə və danışma məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;

Tiflopedaqogika – görmə məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;

Oliqofreno pedaqogika – əqli cəhətdən qüsurlu olan şəxslərin təlim-tərbiyyəsindən bəhs edən;

Loqopediya – nitq qüsurlu şəxslərin təhsil məsələlərini bəhs edən nəzəri və praktiki məsələləri öyrənir.

Autizm, daun sindromlu, hiperaktivlik, davranış dayaq hərəkət aparatı pozulmaları ilə bağlı uşaqlarla pedaqoji iş də “Xüsusi pedaqogika” ixtisas sahəsinə daxil olmaqla gələcək mütəxəssisləri praktik iş üzrə hazırlayır.

“Xüsusi pedaqogika” ixtisasını uğurla bitirən məzunlar respublikada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün olan xüsusi dövlət internat məktəbləri, sağlamlıq mərkəzləri, eləcə də özəl psixologiya və tibb mərkəzlərində fəaliyyət göstərə bilərlər.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...