Bazarda qiymətlər qalxırsa, maaşlar da eyni templə artmalıdır?
08.09.2025 12:40
927

Bazarda qiymətlər qalxırsa, maaşlar da eyni templə artmalıdır?

İsmayıl Məmmədov
Maliyyə eksperti 

Bu suala bəlkə də hər gün minlərlə insan cavab axtarır. Cavab isə düşündüyümüz qədər sadə deyil, çünki maaş və qiymət artımı fərqli qaydalarla işləyir. İqtisadiyyatın ən qədim suallarından biri hələ də açıq qalır: Maaş artımı ilə qiymət artımı arasında necə davamlı balans yaratmaq olar? Klassik nəzəriyyələr bu əlaqəni tələb-təklif qanunları, məhsuldarlıq artımı və monetar siyasətlə izah etməyə çalışır. Lakin XXI əsrdə qlobal iqtisadiyyat göstərir ki, bu yanaşmalar yetərli deyil.

İqtisadi tarazlığın əsasını təşkil edən 3 fundamental faktor – məhsuldarlıq, maaş və qiymət artıq ənənəvi modellərdə izah olunduğundan daha mürəkkəb qarşılıqlı təsir mexanizmlərinə tabedir. Paradokslarından biri budur: qiymətlər qalxırsa, maaşlar da eyni templə qalxmalıdırmı? İctimai rəydə çox vaxt belə bir gözlənti mövcuddur. Lakin reallıq göstərir ki, bu proses heç də sadə mexanizmə tabe deyil. Qiymət artımı (inflyasiya) və maaş artımı fərqli qaydalarla hərəkət edir, onların balansı isə hər bir ölkənin iqtisadi idarəçiliyində həlledici rol oynayır. 

Mövcud paradoks

Dünya üzrə təcrübə göstərir:

ABŞ və Avropada maaş artımları 2-3% inflyasiyanı izləyir, amma işçi qıtlığı olduğu zaman daha sürətli dəyişir.
Türkiyə və Argentina kimi ölkələrdə dövlət minimum maaşı tez-tez artırır, amma qiymət artımı yenə daha sürətli olur.
Skandinaviya ölkələrində güclü həmkarlar ittifaqları məhsuldarlıq və maaş arasında nisbəti qoruyaraq sosial sabitlik yaradır.
Burada paradoks ondadır ki, heç bir model tam balans yaratmır. Bəzilərində maaşlar geridə qalır, bəzilərində isə qiymətləri daha da sürətləndirir.

Yeni Tezislər: “Dinamik Tarazlıq Nəzəriyyəsi”:

Mövcud nəzəriyyələrin boşluqlarını doldurmaq üçün biz yeni bir konseptual yanaşma təklif edirik:

Üçlü qarşılıqlı təsir modeli

Maaş, qiymət və məhsuldarlıq yalnız paralel xəttlərdə hərəkət etmir, onlar dinamik üçbucaq kimi qarşılıqlı təsirdədir.
Məhsuldarlıq - maaşı artırır.
Maaş - istehlak tələbinə təsir göstərir, qiymətləri hərəkətə gətirir.
Qiymətlər - real maaşı aşağı salır və yeni maaş artımı tələbi yaradır.
Bu, “dinamik dövran” adlana bilər.
Qiymətlərin dəyişməsi birbaşa bazar qanunauyğunluqları ilə bağlıdır:
Tələb və təklif – məhsul çatışmazlığı və ya yüksək tələbat qiymətləri yüksəldir.
İstehsal xərcləri – enerji, əmək haqqı, logistika və xammal bahalaşdıqda qiymətlərə təzyiq artır.
Pul siyasəti – pul kütləsinin artması inflyasiyanı gücləndirir.
Qlobal faktorlar – idxal olunan məhsulların dəyəri və valyuta məzənnələri daxili qiymət səviyyəsini formalaşdırır.
Qiymətlərin yüksəlməsi avtomatik olaraq maaş artımı üçün hüquqi və ya iqtisadi öhdəlik yaratmır. Maaşlar daha çox məhsuldarlıq, şirkət gəlirləri və əmək bazarındakı rəqabət mühiti ilə əlaqəlidir.

Azərbaycanın reallığı:

2013-2023-cü illərə baxanda görürük:
Maaşlar rəqəmlərdə artıb.
Amma inflyasiya nəzərə alındıqda, yəni real həyat şərtlərində, bir çox illərdə əslində gəlirlər azalıb.
Xüsusən 2016-2017-ci illərdə bahalaşma maaş artımını üstələyib və insanların alıcılıq gücü kəskin zəifləyib.
 
Azərbaycan təcrübəsi

Maaş artımı daha çox dövlət sektorunda olur. Dövlət büdcəsindən maliyyələşən sahələrdə maaş və pensiya artımları dövri olaraq edilir.
Qiymət artımı isə bazar faktorları ilə sürətli gedir. Enerji qiymətlərindəki dəyişikliklər, idxaldan asılılıq və valyuta kursu əhalinin xərclərinə birbaşa təsir edir.

Nəticə: çox vaxt insanlar deyir ki, “maaş artdı, amma bazarda qiymət ikiqat artdı”. Bu, faktiki olaraq real gəlirin azalmasıdır. Məsələn:
Əmək haqqı 10% artır, amma ərzaq və xidmətlər 15-20% qalxırsa, əmək haqqının alıcılıq gücü minimum 5-10% azalır.

Qiymət artımının səbəbləri müxtəlifdir:

Tələb çoxalır – qiymətlər qalxır.
Enerji, yanacaq və xammal bahalaşır – istehsal xərcləri yüksəlir.
Pul çoxalır – inflyasiya yaranır.
Qlobal bazarlardakı şoklar – idxal olunan məhsullar bahalaşır.

Yəni bazarda çörək, ət və ya yanacaq bahalaşırsa, bunun səbəbi yalnız “satıcıların istəyi” deyil – bütöv iqtisadi mexanizmlərin nəticəsidir.Buna görə də cəmiyyət tez-tez “maaşlar yetərincə artmır” deyə narazılıq edir. Ən təhlükəli hal isə inflyasiya spiralının yaranmasıdır: maaş artır → qiymətlər artır → yenə maaş artır → qiymətlər daha çox artır.
Azərbaycan iqtisadiyyatında real gəliri artırmaq üçün təkcə maaş kifayət deyil – enerji, idxal məhsulları və valyuta siyasəti kimi strateji faktorlar eyni vaxtda idarə olunmalıdır.

Əsl problem yalnız maaşın azlığı deyil, bazarın dinamik və qarşılıqlı təsir edən strukturu ilə bağlıdır. Əgər biz alıcılıq gücünü qorumaq və iqtisadi tarazlıq yaratmaq istəyiriksə, məhsuldarlıq, strateji siyasət və inflyasiyanı eyni platformada birləşdirməliyik. Yalnız bu halda maaş artımı həqiqi tarazlıq gətirə bilər.


 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...