Redaktor
Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?
Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur.
Bəs Azərbaycan qanunvericiliyinə görə, hər bir əlavə xidmət müştərilərin razılığı olmadan aparıla bilər? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı?
Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz:
"Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank "məcburidir" deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. "Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil".

Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, banklar tərəfindən əlavə xidmətin ödənişi müştərinin açıq və aydın razılığı olmadan tutulmamalıdır:
"Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. "İşsizlik sığortası”, "dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır”.
İsmayıl Məmmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşın hüquqları çox açıq şəkildə qorunur:
"Bunun üçün banklar tərəfindən ödəniş razılıqsız tutulubsa, müştəri:
- Bankdan yazılı izahat tələb edə və vəsaitin geri qaytarılmasını istəyə bilər
- Cavab qane etməzsə – Azərbaycan Mərkəzi Bankına şikayət verə bilər
- Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər
- Son mərhələ olaraq – məhkəmə qaydasında mübahisə edilə bilər
Çünki bu, artıq istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirilir".
Ekspertin sözlərinə görə, Bank xidmətləri üzrə şərtlər və tariflərdə dəyişikliklər ən azı 30 gün əvvəl müştəriyə rəsmi kanallarla çatdırılmalıdır:
"Ancaq ən əsas norma budur ki, müştəri kartı sifariş etməzdən və müqaviləni imzalamazdan əvvəl bütün xidmətlər barədə tam məlumatlandırılmalıdır”.
"Bu ödəniş bir dəfəlikdir, yoxsa hər ay tutulur?” sualına cavab olaraq isə həmsöhbətimiz qeyd edib ki, bu bankdan bankа dəyişir: "Bəzi banklar aylıq, bəziləri isə illik sığorta haqqı tətbiq edir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
08.12.2025Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb
08.12.20251 ili tamam olmamış ləğv olundu
08.12.2025“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur
08.12.202524 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"
08.12.2025"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı
08.12.2025Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?
08.12.2025Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı
08.12.2025Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR
08.12.2025Səssiz şəkildə işçiləri tükəndirən hallar var
08.12.2025Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb
08.12.2025İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi
08.12.2025Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025