Redaktor
24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"
Stenford Universitetinin aspiranturasını yarımçıq qoyan 24 yaşlı Karlina Honq süni intellekt (Al) üzrə aparıcı tədqiqatçıları “Meta”dan özünün “Axiom Math” startapına cəlb edib. Şirkət riyazi Al üzərində çalışır.
Valyuta.az xəbər verir ki, bu barədə “Business Insider” yazıb.
Mart ayında təsis edilən startap yaxın zamanda ilkin investisiya raundunda 64 milyon dollar vəsait topladığını açıqlayıb. Cəmi 17 əməkdaşı olan şirkət “Meta”nın fundamental Al araşdırmaları bölməsi “FAIR”, “GenAI” komandası, eləcə də “Google Brain”in keçmiş mütəxəssislərini komandaya gətirməyi bacarıb.
Honq uğurlu işə qəbul prosesini belə izah edib: "Tapşırıq kifayət qədər çətin olduqda, istedadların sıxlığı çox yüksək olur və bu, sizi başqa böyük zəkalar üçün cazibə mərkəzinə çevirir".
O qeyd edib ki, “Axiom”a qoşulan tədqiqatçıların bir çoxu riyazi super intellekt probleminin həllini öz əsas peşəkar irsi kimi görür.
“Meta”dan startapa keçən əsas şəxslər arasında şirkətin ilk əməkdaşı və hazırkı texniki direktoru Şubxo Senqupta da var. Honq onu təsadüfən bir kofedə qarşılayıb. Həmçinin Fransua Şarton, Aram Markosyan və Hyu Lader də komandaya qoşulan mütəxəssislər arasındadır.
İT sahəsi mütəxəssislərindən əlavə, Honq özünün keçmiş professoru, tanınmış riyaziyyatçı Ken Ononu da startapa cəlb etməyə nail olub. Startapın qurucusu şirkətdə yaşa və iyerarxiyaya fikir vermədiyini, “ieryeraxiyasız” bir iş mühiti yaratmağa çalışdıqlarını bildirib.
“Axiom Math”ın missiyası sırf riyaziyyatdan daha genişdir. Honqun sözlərinə görə, onların texnologiyasının kommersiya tətbiqləri proqram təminatının və aparat sistemlərinin verifikasiyasından tutmuş maliyyə və kriptoqrafiyaya qədər, sübut olunmuş şəkildə düzgün məntiqi nəticə tələb olunan bütün sahələri əhatə edə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
08.12.2025Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb
08.12.20251 ili tamam olmamış ləğv olundu
08.12.2025“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur
08.12.202524 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"
08.12.2025"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı
08.12.2025Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?
08.12.2025Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı
08.12.2025Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR
08.12.2025Səssiz şəkildə işçiləri tükəndirən hallar var
08.12.2025Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb
08.12.2025İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi
08.12.2025Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025