"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Redaktor

15.04.2025 13:30
545

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı Mineral Sular" MMC-də yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Emil Qüdrətli Badamlının Satış Departamentinə  direktor təyin olunub.

Bu vəzifəsinə qədər, E. Qüdrətli “Avrora Qrup”da Məhsul Meneceri vəzifəsində çalışıb.  Bundan başqa, o, "Bolluq LTD" MMC, “Ulduz” Şokolad Fabrikində müxtəlif vəzifələrdə çalışıb.

Karyerasına isə bank sektorunda başlayıb. Belə ki, o, 2010-cu ildən 2015-ci ilə qədər Zaminbank-da, 2015-ci ildən 2019-cu ilə qədər isə  “AGBank” ASC-da işləyib.

Qeyd edək ki, Zaminbank-ın  2016-cı ilin iyul ayında, “AGBank” ASC-nin isə 2020-ci ilin may ayında lisenziyası ləğv edilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...