Azərbaycanda qadın sahibkar olmaq - Maneələr və üstünlüklər
Samirə Dünyamalıyeva
Sahibkar, peşəkar idarəçi, “Bağçam uşaq bağçaları” şəbəkəsinin qurucusu
Azərbaycanda qadın sahibkar olmaq hələ də müəyyən çətinliklərlə qarşılaşsa da, son illərdə bu sahədə ciddi dəyişikliklər baş verir. Ənənəvi olaraq, qadınların əsas rolu ailədə görülüb və sahibkarlıq kimi dinamik və riskli sahəyə atılmaları birmənalı qarşılanmayıb. Lakin dövr dəyişir və artıq qadınlar biznesdə öz mövqelərini gücləndirirlər.
Əsas Maneələr:
Mentalitet və sosial basqılar – Ailə və cəmiyyət qadınların biznesdə aktiv olmasını hər zaman dəstəkləmir, xüsusilə kişi üstünlüyünün güclü olduğu sahələrdə.
Maliyyə çətinlikləri – Qadın sahibkarlar üçün investisiya tapmaq və kredit əldə etmək kişilərlə müqayisədə daha çətin olur.
Şəbəkələşmə məhdudiyyəti – İş dünyasında kişilər üçün formalaşmış güclü biznes əlaqələri var, qadınlar isə bu sistemə daxil olmaq üçün əlavə səylər göstərməlidirlər.
Ailə və iş balansı – Cəmiyyət qadınlardan həm uğurlu sahibkar, həm də qayğıkeş ana və həyat yoldaşı olmağı gözləyir.
Bununla belə, müsbət dəyişikliklər də az deyil. Dövlət və müxtəlif təşkilatlar qadın sahibkarları dəstəkləyən proqramlar həyata keçirir. Məsələn, KOBİA və Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası bu sahədə mühüm rol oynayır.
Ancaq burada bir məqamı da vurğulamaq lazımdır. Bəzin hallarda da yeni trend yaranıb ki, qadına bir biznes sadəcə hədiyyə kimi təqdim olunur və o zaman da qeyri-peşəkar şəkildə idarə edilir. Sahibkarlıq sadəcə bir işin sahibi olmaq deyil, onu idarə edə bilmək, inkişaf etdirmək və bazar tələblərinə uyğunlaşmaqdır. Əsl sahibkar olmaq üçün davamlı öyrənmək, riskləri düzgün analiz etmək və bazarda rəqabətə tab gətirmək lazımdır.
Qadın Sahibkar Olmağın Üstünlükləri:
Empatiya və komanda idarəetməsi – Qadınlar müştərilərini və işçilərini daha yaxşı anlayır, onları motivasiya edə bilirlər.
Çeviklik və adaptasiya – Dəyişən bazar şərtlərinə və yeni trendlərə daha tez uyğunlaşırlar.
Şəbəkələşmə və əməkdaşlıq – Sosial əlaqələr yaratmaq və biznes münasibətlərini qorumaq baxımından uğurludurlar.
Multi-tasking və problemləri həll etmə bacarığı – Eyni anda bir neçə işi idarə edə bilirlər.
Bağça biznesində isə qadın sahibkarlar xüsusi üstünlüyə malikdirlər. Valideynlər üçün bir qadının idarə etdiyi bağça daha güvənlidir. Çünki qadın sahibkarlar uşaq psixologiyasını, valideyn gözləntilərini daha yaxşı anlayır, qayğı və empatiya ilə idarəetmə aparırlar. Bundan əlavə, komanda ruhunu gücləndirmək və işçilərin motivasiyasını artırmaq da onların üstünlüklərindən biridir.
Sahibkar qadın olmaq çətin, lakin mümkündür. Əsas olan stereotipləri qırmaq, davamlı öyrənmək və inkişaf etməkdir. Əsl sahibkarlıq peşəkarlıq tələb edir və bu sahədə qadınlar sadəcə “iş sahibi” olmaqla kifayətlənməməli, onu idarə etməyi bacarmalıdırlar. Bugün qadın sahibkarlar artıq cəmiyyətin formalaşdırdığı çərçivələrdən çıxaraq öz yolunu tapır və biznes dünyasında kişi sahibkarlarla bərabər addımlayırlar.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025