Redaktor
Azərbaycan mətbəx mebellərini haradan alır? - QİYMƏTLƏR
2026-ci ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən 3 331 ədəd ağacdan hazırlanmış mətbəx mebeli idxal edib.
Valyuta.az xəbər verir ki, idxal olunan məhsulların ümumi dəyəri 249 880 ABŞ dolları təşkil edib.
Hesabat dövründə ağacdan mətbəx mebeli 7 ölkədən - İtaliya, Pakistan, Malayziya, Türkiyə, Rusiya, Çin və Fransadan idxal olunub.
Belə ki, dəyər baxımından ən böyük pay İtaliyanın payına düşüb. Bu ölkədən 18 ədəd mətbəx mebeli gətirilib və bunun üçün 184 640 ABŞ dolları və ya 313 888 manat ödənilib. İtaliyadan idxal olunan bir ədəd mebelin orta qiyməti 10 257,78 ABŞ dolları və ya 17 min 438,23 manat olub.
Miqdar baxımından lider isə Pakistan olub. Bu ölkədən 2 200 ədəd mətbəx mebeli idxal edilib. Məhsulların ümumi dəyəri 4 220 ABŞ dolları və ya 7 174 manat təşkil edib. Beləliklə, Pakistandan gətirilən bir ədəd məhsulun orta qiyməti 1,92 ABŞ dolları və ya 3,26 manat olub.
Malayziyadan 1 054 ədəd mətbəx mebeli gətirilib. Bu məhsulların ümumi dəyəri 26 310 ABŞ dolları və ya 44 727 manat təşkil edib. Bir ədəd mebelin orta qiyməti 24,96 ABŞ dolları və ya 42,43 manat olub.
Türkiyədən 23 ədəd mətbəx mebeli idxal olunub. Bu məhsullar üçün 22 470 ABŞ dolları və ya 38 199 manat ödənilib. Türkiyədən gətirilən bir ədəd mebelin orta qiyməti 976,96 ABŞ dolları və ya 1 660,83 manat təşkil edib.
Rusiyadan 26 ədəd mətbəx mebeli gətirilib və bunun üçün 2 980 ABŞ dolları və ya 5 066 manat xərclənib. Bu ölkədən idxal olunan bir ədəd məhsulun orta qiyməti 114,62 ABŞ dolları və ya 194,85 manat olub.
Çindən 9 ədəd mətbəx mebeli idxal olunub. Məhsulların ümumi dəyəri 1 460 ABŞ dolları və ya 2 482 manat təşkil edib. Bir ədəd məhsulun orta qiyməti 162,22 ABŞ dolları və ya 275,78 manat olub.
Fransadan isə cəmi 1 ədəd mətbəx mebeli gətirilib. Bu məhsulun dəyəri 7 790 ABŞ dolları və ya 13 243 manat olub.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026