"Anbarda bir cüt ayaqqabısı olmadan milyard dollarlıq şirkət qurdu"

Redaktor

27.05.2026 15:04
522

"Anbarda bir cüt ayaqqabısı olmadan milyard dollarlıq şirkət qurdu"

​İnternet üzərindən ticarətin yeni başladığı 1990-cı illərin sonunda ideya müəllifləri və sahibkarlar arasında belə bir rəy var idi: böyük bir onlayn mağaza açmaq üçün mütləq milyonlarla dollar investisiya tapmalı, nəhəng anbarlar icarəyə götürməli və daxili loqistikanı qurmalısan.

Lakin biznes dünyasının yazılmamış qanunları bəzən ən riskli və bəsit sınaqların böyük uğurlara yol açdığını sübut edir. Elə bir dövrdə, insanların hələ "görmədən və geyinmədən internetdən ayaqqabı almazlar" dediyi vaxtda, bir sahibkar tamamilə fərqli və feyk bir model sınamaq qərarına gəldi. Nəticədə isə ortada nə anbar, nə də məhsul olmadan qlobal e-ticarət nəhəngi – "Zappos" yarandı. Maraqlıdır, kapitalı və məhsulu olmayan bir startap necə qlobal brendə çevrilə bildi?

​Valyuta.az xəbər verir ki, bu dahi və bəsit ideyanın müəllifi amerikalı sahibkar Nik Svinmörndür (Nick Swinmurn).

O, günlərin birində San-Fransiskoda yerləşən ticarət mərkəzində özünə uyğun ayaqqabı tapa bilmədikdən - bir mağazada rəngin, digərində isə ölçünün olmamasından bezdikdən sonra onlayn ayaqqabı mağazası açmaq qərarına gəlir.

​Maliyyə sektorunda və startap mühitində böyük pulların anbar loqistikasına xərcləndiyi bir vaxtda, Nik Svinmörn ənənəvi yolla getmədi. O, riskə girib minlərlə ayaqqabı istehsal etmək və ya almaq əvəzinə, "Minimum Həyatqabiliyyətli Məhsul" (MVP) konsepsiyasının ən parlaq nümunəsini yaratdı. Sahibkar yerli ayaqqabı mağazalarına gedərək, oradakı vitrinlərin şəklini çəkmək üçün icazə istəyir və mağaza sahiblərinə söz verir ki, əgər bu ayaqqabılar internetdə satılsa, gəlib onları elə bu mağazadan tam qiymətinə satın alacaq.

​Daha sonra o, şəkilləri yaratdığı sadə internet saytına yerləşdirir. Saytdan hər hansı bir müştəri sifariş verən kimi, Nik dərhal qaçaraq həmin yerli mağazaya gedir, ayaqqabını pərakəndə qiymətlə alır və poçt vasitəsilə müştəriyə göndərirdi. İlk baxışdan bu model sahibkar üçün iqtisadi cəhətdən ziyana işləyirdi, çünki o, hər satışdan pul itirirdi və sistem avtomatlaşdırılmamışdı. Lakin Nikin məqsədi pul qazanmaq yox, insanların internetdən ayaqqabı almağa hazır olub-olmadığını test etmək idi. İmitasiya üzərində qurulan bu kiçik eksperiment müştərilərin real davranışını görməyə və bazarda belə bir tələbatın olduğunu sübut etməyə imkan verdi.

​Bu bəsit testin uğurundan sonra layihə böyük investorların diqqətini çəkdi və startap rəsmi olaraq "Zappos" adını aldı. Nik Svinmörn sübut etdi ki, biznesə başlamaq üçün illərlə biznes planı yazmaq və ya milyonlarla dolları hələ təsdiqlənməmiş ideyaya yatırmaq lazım deyil. Şirkət sonradan o qədər böyüdü və şaxələndi ki, 2009-cu ildə dünya nəhəngi "Amazon" tərəfindən 1.2 milyard dollar dəyərində səhm və nağd pulla satın alındı.

​Nik Svinmörnlə bağlı bu hekayə müasir biznes dünyasında bir dərslik hesab olunur. Onun təcrübəsi göstərir ki, ən böyük imkanlar nəhəng büdcələrdə və mürəkkəb sistemlərdə deyil, hipotezləri minimum xərclə, sürətli və praktiki şəkildə sınaqdan keçirmək bacarığındadır.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...